Məhkəmə qərarları › İş №3(026)-85/2021

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-85/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-85/2021 12.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Mən Qobustan rayon məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlu xx xxxx 1985-ci ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonunun Çaylı kəndində qeydiyyatda olan Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə AP ******* saylı protokola baxıb MÜƏYYƏN ETDİM: Qobustan rayon məhkəməsinə Qobustan rayon polis şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə xx xxxx 2021-ci saylı AP ******* saylı protokol daxil olmuşdur. Məhkəmə protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, protokol və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş portaldan çıxarışdan görünür ki, Şamaxı rayon polis şöbəsinin verdiyi AZE 15344221 şəxsiyyət vəsiqəsində Şəxs Şamaxı rayonunun 1-ci Çaylı kəndində qeydiyyatda olduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi idarəsinin EQ ******* saylı qərarında göstərilir ki, inzibati xəta Bakı-Şamaxı-Yevlax oğlunun 115-ci km-də törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə görə, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işə inzibati xəta haqqında xx xxxx 2021-ci saylı AP ******* saylı protokol qanunun tələbinə uyğun olaraq aidiyyətı üzrə göndərilməsi üçün Qobustan rayon polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 118 və 128-ci maddəsini rəhbər tutub QƏRARA ALDİ: İnzibati xəta haqqında xx xxxx 2021-ci saylı AP ******* saylı protokol aidiyyəti üzrə göndərilməsi üçün Qobustan rayon polis şöbəsinə qaytarılsın. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar