Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-86/2022 05.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Qobustan rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə protokol daxil olmuşdur. Məhkəmə iclasında Qobustan rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 3(002)-284/2022 saylı 22 fevral 2022-ci il tarixli icra sənədi üzrə 500 manat cəriməni ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirmir. Ona bir dəfə rəsmi məlumat verilib, iki dəfə ondan izahat alınıb, cəriməni ödəmədiyinə görə məsuliyyətlər ona elan olunub, Şəxs ilk dəfə icra şöbəsinə gələn zamandan hazıra kimi cəriməni qəti olaraq ödəməyəcəyini bildirib və bu barədə izahatlarında da göstərib. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs izahat verərək göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binə ticarət mərkəzində əmisi oğlu X3 döydüyünə görə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə 500 manat cərimə edilmişdir. Lakin həmin cəriməni qəti olaraq ödəməyəcək. Aralarında yaranmış mübahisəyə səbəb əmisi Sabirin onun atası Əslana borclu olmasıdır. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 3(002)-284/2022 saylı 22 fevral 2022-ci il tarixli qərarının surətindəm görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, V.Ə. Qayıbov Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulan həddə inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 145.1.6-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə İXM-in 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib iki yüz qırx saat ictimai işlər tənbehi tətbiq olunsun. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 3(002)-284/2022 saylı 22 fevral 2022-ci il tarixli qərarının icrasına xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-86/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-86/2022
05.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver