Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-87/2023 17.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər X8 və X3 iştirakı ilə, xx xxxxx 1998-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Poladlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 15 fevral 2023-cü il tarixdə Qobustan rayonu Poladlı kəndi ərazisində X8 və X1 təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 15 fevral 2023-cü il tarixdə Qobustan rayonunun Poladlı kəndinin icra nümayəndəsi X5 və bələdiyyə sədri X8 onların həyətinə girərək küçə qapısının qarşısına tökdükləri qara daşın götürülməsini ona bildirmişlər. Lakin o, icra nümayəndəsi və bələdiyyə sədri ilə razılaşmayaraq onlarla mübahisə etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X9 izahat verərək göstərdi ki, Qobustan rayon Poladlı bələdiyyəsinin sədri vəzifəsində işləyir. 15 fevral 2023-cü il tarixdə Qobustan rayon İHB-nın Poladlı kənd inzibati dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyən X5 ilə birlikdə Şəxs yaşadığı evə gedərək Şəxs yaşadığı evin arxa hissəsində, əsas yola qoyduğu böyük daşların götürülməsini xahiş etmişlər. Lakin Şəxs daşı götürməyəcəyini bildirərək onları söyüb təhqir etmişdir. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərini davam etdirmişdir. Ona görə onun barəsində Qobustan rayon polis şöbəsinə şikayət etmişlər. Zərərçəkmiş şəxs X2 Şaiq Muğan oğlunun izahatına oxşar izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXMin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-87/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-87/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver