Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-88/2023 20.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1994-cü ildə Qobustan rayonunda anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan X3 barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda X1 narkotik vasitədən istifadə etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahatında bildirdi ki, Qobustan rayon Təklə-Mirzəbaba kəndində qeydiyyatda olmaqla yaşayır. 18 fevral 2022-ci il tarixdə Qobustan rayonunun “SON” adlanan ərazisində olarkən Qobustan rayon polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxtı əsəbi olduğu və narkotik vasitədən istifadə etdiyi üçün öz hərəkətlərini idarə edə bilmədiyindən polis əməkdaşlarına kobud cavab qaytarmışdır. Polis əməkdaşları onu Qobustan rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsindən Qobustan rayon mərkəzi xəstəxanasına aparılaraq həkim müayinəsindən keçirmiş, həmin vaxtı onun sidiyində narkotik vasitədən istifadə etdiyi aşkar olundu. Nartkotik vasitədən müəyyən vaxtlarda 10- 15 dəfə istifadə edib. Son istifadə etdiyi vaxt isə 15-20 gün əvvəl olmuşdur. Qalan vaxtlar isə narkotik vasitəni özündə saxlamışdır. Əməlindən peşmandır. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X4 ifadə verərək göstərdi ki, 18 fevral 2023-cü il tarixdə xidmətdə olan zaman Qobustan rayonunun “SON” adlanan ərazisində bir nəfər şəxsin öz hərəkətlərini idarə edə bilmədiyi görüb ona yaxınlaşıb özlərini təqdim etsələr də, həmin şəxs onlara qeyri səmimi və aydın olmayan cavablar vermişdir. Ona görə də Həmin şəxsi Qobustan rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Qobustan rayon Təklə-Mirzəbaba kənd sakini Şəxs olduğu məlum olmuşdur. Şəxs müxtəlif vaxtlarda narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Qobustan rayon Mərkəzi xəstəxanası” X6in 20 fevral 2023-cü il tarixdə verdiyi PHŞ-6-53/2-103-/2023 saylı arayışında göstərilir ki, 1994-cü il təvəllüdlü Şəxs həqiqətən 18 fevral 2023-cü il tarixdə saat 12:20 radələrində “Qobustan rayon Mərkəzi xəstəxanası” X6də müayinə edilmiş və götürülən nümunədə OP (Pozitiv+) narkotik vasitə aşkar edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Qobustan rayon Mərkəzi xəstəxanası” X6in 20 fevral 2023-cü il tarixdə verdiyi PHŞ-6-53/2-1058- /2023 saylı arayışında göstərilir ki, 1994-cü il təvəllüdlü Şəxs həqiqətən “Qobustan rayon Mərkəzi xəstəxanası” X6in poliklinika şöbəsində narkoloji xəstəliklər kabinetində dispanser qeydiyyatında durmur. “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaların”na əlavənin 18 fevral 2023-cü il tarixli 10 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilir ki, X2 18 fevral 2023-cü il tarixdə saat 12:20-də OP (pozitiv) Amtefetam və THC (neqativ) aşkar olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115,128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Həbsetmənin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-88/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-88/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver