Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-88/2024 04.04.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərahim oğlunun iştirakı ilə, xx xxxx 1996-cı ildə Qobustan rayonu Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan Şəxs Fərahim oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Fərahim oğlunun Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs Fərahim oğlu 03 aprel 2024-cü il tarixdə Qobustan rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Fərahim oğlu izahat verərək bildirdi ki, 04 aprel 2024-cü il tarixdə səhər saat 8:30-da evdə olarkən Qobustan rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demişlər. O da getməsinin səbəbini soruşduqda polis əməkdaşları ona 03 aprel 2024-cü il tarixdə yol kənarında şomu satdığını və buna görə onlarla getməli olduğunu demişlər. Polis əməkdaşlarına yol kənarında şomu satmadığını desə də ona inanmayaraq onlarla getməsinə təkid etmişlər. Polis əməkdaşlarına epilepsiya xəstəsi olduğu üçün çörək yeməsinin və dərman içməsinin vacib olduğunu desə də, polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman kəlləbeyin travması aldığından əsəbləri pozulmuşdur, polis şöbəsinə aparılan zaman özünü idarə edə bilmədiyindən polis əməkdaşlarının tələblərini yerinə yetirməmişdir. Əməlindən peşmandır. Şahid Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 izahat verərək göstərdi ki, 03 aprel 2024-cü il tarixdə Nərimankənd kəndinin yaxınlığında yolun kənarında bir-neçə nəfərin şomu satdıqlarını görüb onlara yaxınlaşmış və uşaqların bir neçəsinin azyaşlı olduğuna görə onlara xəbərdarlıq etmişdir. Şəxs Fərahim oğlu isə onların tələbini yerinə yetirməyərək ünvansız söyüşlər söymüşdür. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Fərahim oğlunun və polis əməkdaşının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Fərahim oğlu Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddələrdə nəzərdə tutulan inzibati cərimə tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 535-ci maddəsinin sanksiyasında daha ciddi xətaya görə sanksiya nəzərdə tutulduğu üçün Şəxs Fərahim oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, Şəxs Fərahim oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə orqanizmin funksiyalarının pozulması səbəbindən üçüncü dərəcəli əlildir. Azərbaycan Respublikası Medalının İ-76781 saylı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 aprel tarixli 250 nömrəli sərəncamı ilə Şəxs Fərahim oğlu “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının İ-9453 saylı vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 aprel tarixli sərəncamı ilə Şəxs Fərahim oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Şəxs Fərahim oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və İİİ dərəcəli əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs Fərahim oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Fərahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-88/2024
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-88/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver