Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-9/2021 11.01.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Qobustan rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən daxil olmuş protokolda Şəxs xx xxxxxx 2020-ci il tarixdə həyat yoldaşı X2 döyərək ona xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Nuranə Yarməmmədova ilə təxminən 10 ildir ailəlidir və həmin ailə həyatından 2 övladı vardır. Ailəli olduqları müddət ərzində daima ailə mübahisələri olmuşdur. Sonuncu dəfə xx xxxxxx 2020ci il tarixdə saat 19 radələrində Qobustan şəhərində yerləşən fərdi yaşayış evində olan zaman Nuranə Yarməmmədovanın Bakı şəhərində yaşamaq istəməsi səbəbindən aralarında mübahisə olmuş, həmin zaman atası İnşallah otağa gəlib onları sakitləşdirmək istəsə də Nuranə onun atasına cavab qaytarmışdır. O, Nuranənin bu hərəkətindən əsəbiləşərək Nuranənin köynəyinin yaxasından yapışmış və itələyərək atasına cavab qaytarmamasını tələb etmişdir. Həmin vaxt əsəbi olduğu üçün Nuranənin ünvanına söyüş söymüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 a ünvanında yaşayır. Bakı şəhər 5 saylı doğum evində xadimə olaraq çalışır. Şəxslə on ildir ki evlənmişlər və bu nikahdan iki uşaqları da vardır. Ailəli olduqları müddət ərzində aralarında daimi mübahisələr olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Qobustan şəhərində yerləşən fərdi yaşayış evində şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmış və yaranmış mübahisə zamanı Elmar onu söyüb təhqir etmiş və saçından tutaraq bədəninin müxtəlif yerlərindən yumruq təpiklə zərbələr vuraraq onu döymüşdür. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Qobustan RPŞ-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon polis şöbəsinin TQ-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şamaxı rayon MTE və PAB verdiyi xx xxxxxx 2020-ci il tarixli 175 nömrəli tibbi rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı bədənində müəyyən olunmuş xəsarətlərsağ bazunun bir ədəd qançırı küt əşya təsirindən törədilməklə xx xxxxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. X1 almış olduğu xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-9/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-9/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver