Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-9/2022 10.01.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1972-ci ildə ildə Qobustan rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 09 yanvar 2022-ci il tarixdə Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında nalayiq ifadələr işlətmişdir və xidmətdə olan polis əməkdaşlarını təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 19 yanvar 2022-ci il tarixdə Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında keçirilən toy məclisinə dəvət olunmuş və məclisdə iştirak etmək üçün şadlıq sarayına girmək istəmiş və həmin zaman orada olan polis əməkdaşları və sonradan tanıdığı polis şöbəsinin rəisi polis əməkdaşları olmuşdur. Polis şöbəsi əməkdaşları toya gələn qonaqlardan və ondan kovid pasportu tələb etmişlər. O polis əməkdaşlarına vaksin vurdurduğunu, lakin kovid pasportunun üstündə olmadığını demişdir. Polis əməkdaşları ona “sən musiqi çalansan?” dedikdə, o polis əməkdaşlarına musiqi çaldıran olduğunu demiş və onun bu sözü təhqir kimi alındığından onu polis şöbəsinə aparmışlar. Həmin sözü polis rəisinə və polis əməkdaşlarına pis mənada deməmişdir. Etdiyi əməldən peşmandır. Polis şöbəsinin rəisindən və polis əməkdaşlarından üzr istəyir. Məhkəmə iclasında şahid X1 ifadə verərək göstərdi ki, 09 yanvar 2022-ci il tarixdə Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında keçirilən toy şənliyində iştirak edən qonaqların kovid pasportunu yoxlayan zaman saraya daxil olmaq istəyən Qobustan şəhər sakini Şəxs kovid pasportu tələb olunmuş və Dinməhəmməd polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onları söyüb təhqir etmişdir. Onu nizam intizama dəvət etsələr də o əməllərini davam etdirdiyinə görə onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid Sahibov Kərəm oğlu ifadə verərək göstərdi ki, 09 yanvar 2022-ci il tarixdə Qobustan şəhərində yerləşən “Seymur” şadlıq sarayında keçirilən toy şənliyində iştirak edən qonaqların kovid pasportunu yoxlayan zaman saraya daxil olmaq istəyən Qobustan şəhər sakini Şəxs kovid pasportu tələb olunmuşdur. və Dinməhəmməd polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onları söyüb təhqir etmişdir. Onu nizam intizama dəvət etsələr də o əməllərini davam etdirdiyinə görə barəsində qanuni tədbir gösrülməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-9/2022
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-9/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver