Məhkəmə qərarları › İş №3(026)-90/2022

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-90/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-90/2022 11.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Qobustan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1981-ci ildə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan şəhəri, H. Əliyev prospekti ev 159-da yaşayan Şəxs barəsində Qobustan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və probasiya şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 11 aprel 2022-ci il tarixli protokolda göstərilir ki, Qobustan rayon məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2(026)-957/2016 saylı icra sənədlərinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qobustan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 bildirdi ki, Qobustan rayon məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2(026)-957/2016 saylı icra sənədinə əsasən 03 fevral 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 avqust 2016-cı il tarixdən başlayaraq Şəxs oğlundan hər ay 117 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 7500 manat aliment borcu yaranmışdır. Borcluya icra vərəqəsi üzrə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borclu pulu olmadığını və işləmədiyini bildirmiş, alimenti ödəməkdən boyun qaçıraraq onun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun məcburi gətirilməsi haqqında 02 may 2017-ci il tarixdə və borclunun axtarışı haqqında 19 yanvar 2022-ci il tarixdə qərarlar çıxarılmışdır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Qobustan rayon məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2(026)- 957/2016 saylı icra sənədinə əsasən 03 fevral 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 avqust 2016-cı il tarixdən başlayaraq ondan hər ay 117 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsinə dair icra vərəqəsi üzrə bu günə 7500 manat aliment borcu yaranmışdır. İşləmədiyi üçün borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli 2(026)-957/2016 saylı icra sənədindən görünür ki, 03 fevral 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 117 manat sabit pul məbləğində aliment tutulub X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 02 may 2017-ci il tarixli 7(026)- 132/2017 saylı borclunun məcburi gətirmə barədə qərarının surətindən görünür ki, Şəxs məhkəməyə məcburi gətirilməsi qərara alınmışdır. Qobustan rayon icra və probasiya şöbəsinin borclunun axtarışı haqqında 19 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar