Məhkəmə qərarları › İş №3(026)-90/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-90/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-90/2023 22.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Qobustan rayonu Nərimankənd kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iclaatın açılması barədə qərara baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon Məhkəməsinə Qobustan rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 206-ci madəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında MN ******* saylı protokolda Qobustan rayon Mərkəzi Xəstəxanasının verdiyi 12 mart 2023-cü il tarixli arayışında Şəxs müayinəsi zamanı sidiyində narkotik vasitə olan OP (pozitiv+) aşkar edildiyi göstərilmişdir. X1 bildirdi ki, 21 fevral 2023-cü il tarixdə Surxay Surxayev və postaçı yoldaşı Rail Hünbətli ilə Qobustan şəhər ərazisində saat 16 radələrində xidmətdə olarkən bir nəfər şəxsin şübhəli hərəkətlərini hiss edib ona yaxınlaşmış, özlərini təqdim edib suallar vermiş, həmin şəxs şübhəli hərəkətlər etdiyi üçün ondan şəxsiyyət vəsiqəsini istəmiş, həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Onlar da həmin şəxsi RPŞ-yə dəvət etmiş, polis şöbəsində həmin şəxsin Qobustan şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Şəxs müxtəlif vaxtlarda narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 21 fevral 2023-cü il tarixdə saat 15-16 radələrində Qobustan şəhərində olmuş, bir müddət sonra iki polis əməkdaşı ona yaxınlaşaraq ona suallar verdikdən sonra onu RPŞ-yə dəvət etmişlər. O da polislərlə razılaşaraq RPŞ-yə gəlmişdir. RPŞ-də olarkən ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar. O, da təxminən bir neçə ay əvvəl narkotik vasitə olan marixuana qəbul etdiyini bildirmişdir. Polislərə əvvəllər nəşə çəkdiyini demişdir. Üzərində narkotik vasitə və ya hər hansı bir qanunla qadağan olunan əşya və predmet aşkar edilməmişdir. Uzun müddətdir ki, o narkotik vasitələrdən uzaq durmuşdur. O, aylar əvvəl toy mərasimində yerdən siqaret tapmış, içərisində narkotik olduğunu bilmiş, əvvəllər də narkotik vasitədən istifadə etdiyi üçün götürüb istifadə üçün üzərində saxlamışdır. Bir neçə gün sonra da həmin narkotik vasitəni istifadə etmişdir. O, heç bir narkotik tərkibli dərman və ya pereparat qəbul etmir. O, yalnız narkotik vasitə olan marixuananı bir neçə ay əvvəl istifadə etmişdir. Bu səbəbdən də müayinənin cavabı pozitiv olmuşdur. Etdiyi əmələ görə çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Atası yoxdur, anası isə xəstədir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Qobustan rayon polis şöbəsinin İQ-un 22 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Qobustan rayon polis şöbəsinin İQ-un 22 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 “Qobustan rayon Mərkəzi xəstəxanası” X3in 22 fevral 2023-cü il tarixdə verdiyi PHŞ-6-53/2-109-/2023 saylı arayışında göstərilir ki, Qobustan şəhər sakini 1993-cü il təvəllüdlü Şəxs müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə olan OP (Pozitiv+) olması aşkar edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əməlindən peşman olmasını, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37, 40, 43, 114, 115, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar