Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-91/2021 14.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Umbakı qəsəbəsi, Gənclər küçəsi ev 18-də qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx xxxxx 2021-ci il tarixdə Qobustan rayonunun Nardərən kəndində qanunsuz torpaq apararkən polis əməkdaşları tərəfindən ona saxla işarə verilmiş, lakin polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Ərəbqədim kəndində yaşayır. Özünə məxsus “Kamaz” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomaşını var. xx xxxxx 2021-ci il tarixdə satmaq məqsədilə “Kamaz” markalı avtomaşına torpaq qalayıb apararkən polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilməsinə baxmayaraq avtomaşını saxlamayıb sürüb getmiş və polis əməkdaşlarından uzaqlaşdığını görüb torpağı yerə boşaltmışdır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin İTB-nin rəisi İsmayılov Vüsal İntiqam oğlu izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşı X1 ilə birlikdə Qobustan rayonunun Göydərə kəndi ərazisində xidmətdə olan zaman üzəri yüklə dolu olan “Kamaz” markalı 66- BE-011 dövlət qeydiyyat nişanlı avtomobili görüb avtomaşında olan yükün torpaq olduğunu aşkar edib avtomaşının sürücüsünə saxla işarəsi vermiş və həmin avtomaşının sürücüsü onların qanuni tələbinə tabe olmayaraq avtomaşını saxlamamışdır. Sonra qanunsuz apardığı torpağı yerə boşaldaraq uzaqlaşmışdır. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 İTB-nin rəisi İsmayılov Vüsal İntiqam oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-91/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-91/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver