Məhkəmə qərarları › İş №3(026)-91/2022

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(026)-91/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(026)-91/2022 26.04.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması barədə inzibati materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə 04 aprel 2022-ci il tarixli MN ******* saylı protokol daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırarkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 04 aprel 2022-ci il tarixli MN ******* saylı protokol qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs Şəxs 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 001460 saylı akta imza etməmiş, ona hüquq və vəzifələri izah olunmamışdır. Araşdırma aparılarkən onun hüquqi vəziyyəti tam yoxlanılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı 04 aprel 2022-ci il tarixli protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 134.1.4 və 268-ci maddəsini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı 04 aprel 2022-ci il tarixli protokol və əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar