Məhkəmə qərarları › İş №3(026)-91/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-91/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-91/2023 22.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi, Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə 12 yanvar 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Təklə kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsində daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN ******* saylı protokolda göstərilir ki, Şəxs 16 oktyabr 2022-ci il tarixdə Seyran Kərimova məxsus 150 manat dəyərində arpanı oğurlamış, 17 oktyabr 2022ci il tarixdə X2 döymüş və həmin gün bilə-bilə yalandan Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan rayonunun Təklə kəndində yaşamaqla heyvandarlıqla məşğuldur. Heyvanlarını yaylaq-qışlaqda saxlayır. Lakin hər il bir aya yaxın kənddə olarkən heyvanlarını kəndin örüş yerində kənd bələdiyyəsinin icazəsi ilə otarır. Seyran Kərimovgil kəndin örüş yerindən 100 hektarı zəbt ediblər və heç kimi ora qoymurlar. 10 oktyabr 2022-ci il tarixdə gecə saat 11-12 radələrində heyvanlarını otararkən Kamran Kərimov onun yanına gəlmiş, mübahisə etmişlər, lakin onu döyməmişdir. Heyvanlarının oğurlanması barədə DİN-in 102 xidmətinə zəng vurmuşdur.Onların fermasından 150 manatlıq arpa oğurlamamışdır. Bir az sonra dörd nəfər ora gəlib onu döymüşlər, hətta əlindəki çoban ağacını da alıb aparmışlar. Səhvini başa düşür. X3 izahatında göstərdi ki, “Acıdərə” adlanan ərazidə onların ferması var, orada heyvandarlıqla məşğuldular.17 oktyabr 2022-ci il tarixdə gecə saat 11-12 radələrində Şəxs onların fermasının lap yaxınlığında heyvanlarını otardığını görüb ona heyvanları bir az aralıda otarmasını demək üçün yanına gəlmiş, ona bildirmişdir ki, heyvanlarını onların fermasının yanına otarmasın. Şəxs ona onlara ziyan vurmaq üçün onların yerində heyvanlarını otardığını demişdir. Bundan sonra əlbəyaxa olmuşlar. Əfqan əlində ağac və ya dəmir olduğunu bilmədiyi alətlə onu bir neçə dəfə vuraraq xəsarət yetirmişdir. O, Şəxs ayrılmış və hadisə barədə atasına zəng vurub məlumat vermişdir. Atası Seyran da hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Qobustan rayon polis şöbəsinin İQ-nun 22 yanvar 2023-cü il tarixli cinayət işlərinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157, 227 və 564-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona iki yüz saat ictimai işlər tənbehi tətbiq olunsun. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar