Məhkəmə qərarları › İş №3(026)-92/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-92/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-92/2023 23.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Təklə-Mirzəbaba kəndində qeydiyyatda olan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 329.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş 22 fevral 2023-cü il tarixli inzibati xəta haqqında İXP ******* saylı protokolda Şəxs “BMW”-735” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşını təhlükəsizlik kəmərindən istifadə etmədən idarə etdiyi üçün saxlanılmış və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi göstərilmişdir. Müayinə zamanı narkotik vasitə olan OP (Pozitiv) THC (neqativ) olması aşkar edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 329.1 və 334.1-ci maddələrdə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək 22 fevral 2023-cü il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan etibarnamə ilə özünə məxsus olan “BMW”-735” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşını avtomaşınla Qobustan şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olan zaman Qobustan rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona saxlama işarəsi verildiyinə görə avtomaşını saxlamışdır. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman həkim müayinəsindən keçirilmiş, sidiyindən götürülmüş analizdə onun narkotik vasitədən istifadə etdiyi məlum olmuşdur. Səhhətində problemlər olduğuna görə 10 gün əvvəl tapdığı ot formalı narkotikdən istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaş X4 ifadə verərək göstərdi ki, Qobustan rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşları tərəfindən verilmiş məlumata əsasən Qobustan şəhəri H. Əliyev prospektinə getmiş və əməkdaşlar tərəfindən saxlanılmış “BMW”-735” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşaraq avtomaşının sürücüsü Şəxs özünü şübhəli apardığını hiss edib onu Qobustan rayon polis şöbəsinə dəvət edərək həkim müayinəsindən keçirmişlər. Müayinənin nəticəsində Şəxs sidiyində narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşı X5 ifadə verərək 22 fevral 2023-cü il tarixdə Qobustan şəhərinin “SON” adlanan ərazisində xidmətdə olarkən “BMW”-735” markalı ** NG *** dövlət qeydiyyat nişanlı avtomaşının palçıqlı olduğunu görüb sürücüdən şübhələnərək sürücüyə saxla işarəsi verərək Qobustan rayon YPX-nin əməkdaşlarına bu barədə məlumat vermişlər. Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 Asət Aslan oğlu ilə eyni məzmunlu ifadə verdi. “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 22 fevral 2023-cü il tarixli 15 saylı aktdan görünür ki, 1976-cı il təvəllüdlü Şəxs müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə olan OP (Pozitiv) THC (neqativ) olması aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda, eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib yeddi gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar