Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-93/2021 16.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxx 1996-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs oğlunun xx xxxxx 2021-ci il tarixdə Qobustan rayonu ərazisində qanunsuz torpaq apararkən polis əməkdaşları tərəfindən ona saxla işarə verilmiş, lakin polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmadığı göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, Qobustan şəhərində yaşayır. “Kamaz” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomaşın idarə edir. xx xxxxx 2021-ci il tarixdə satmaq məqsədilə “Kamaz” markalı avtomaşına Şamaxı rayonundan peyin qalayıb apararkən polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilməsinə baxmayaraq avtomaşını saxlamayıb sürüb getmişdir. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X2 izahatında göstərdi ki, xx xxxxx 2021-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşı X3 ilə birlikdə Qobustan şəhərində xidmətdə olan zaman üzəri yüklə dolu olan “Kamaz” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil görüb avtomaşında olan yükün torpaq olduğunu aşkar edib avtomaşının sürücüsünə saxla işarəsi vermiş və həmin avtomaşının sürücüsü onların qanuni tələbinə tabe olmayaraq avtomaşını saxlamayaraq öz hərəkətlərini kobud surətdə davam etdirərək yoluna davam etmişdir. Bu barədə tədbir görülməsi üçün rayon polis şöbəsinə raportla məruzə etmişlər. Məhkəmə iclasında Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 Taleh Babək oğlu ilə eyni məzmunlu izahat verdi. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun və şahidlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-93/2021
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-93/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver