Məhkəmə qərarları › İş №3(026)-93/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-93/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-93/2023 23.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Qobustan rayonu Sündü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 10 fevral 2023-cü il tarixdə qonşusu Mayislə mübahisə yaradaraq onu və ailə üzvlərini söyərək xırda xuliqanlıq hərəkətləri etdiyi göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Qobustan şəhərində ailəsi ilə birlikdə yaşayır və avtomaşınların təmiri ilə məşğuldur. X2 onun əmisi ilə qonşudur. Mayislə aralarında müxtəlif vaxtlarda mübahisələri olmuşdur. Maisin qazları itmiş və Mayisin həmin qazların guya onun sexinə gələn şəxslər tərəfindən oğurlandığını dediyini eşitdiyinə görə o, da Mayisin uşaqlarının yanında söyüş söymüşdür. Uşaqlar da gedib Mayisə xəbər vermişlər. Həmin günü sexdə iş yoldaşı ilə spirtli içki içdiyi üçün nalayiq sözlər işlətmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəxsla qonşudur. Ədalət spirtli içki qəbul edərək onu müxtəlif vaxtlarda söyüb təhqir edir. 10 fevral 2023-cü il tarixdə Şəxs sərxoş vəziyyətdə işlədiyi sexin yanında onu heç bir səbəb olmadan nalayiq söyüşlərlə söymüşdür. Onun barəsində Qobustan rayon polis şöbəsinə məlumat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir.  Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar