Məhkəmə qərarları › İş №3(026)-94/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-94/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-94/2021 19.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx xxxxx 1954-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Çuxanlı kəndində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayır. xx xxxxx 2021-ci il tarixdə Qobustan rayonunun Çuxanlı kəndindəki həyətində oturub istirahət edən zaman evinin arxa tərəfindən onun və ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işləndiyini eşidib həmin yerə getmişdir. X8 sərxoş vəziyyətdə olduğunu və onun həyətyanı sahəsində özünə məxsus heyvanlarını otardığını görmüşdür. Yalçına heyvanlarını həyətdən çıxarmasını demiş və Yalçın onu nalayiq söyüşlər söymüşdür. Yalçın gedib yenidən onun həyətinə qayıtmış və Yalçının anası və arvadı onun həyətinə gələrək onu söyüb daşa basmışlar. O, isə heç kimi söyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayır. xx xxxxx 2021-ci il tarixdə qonşusu Şəxs və onun oğlu Aslan onu və gəlinini söyüb təhqir etmişlər. Bu mübahisə dəfələrlə olmuşdur. 1968-ci ildən həmin evdə yaşayır Şahnəzərlə qonşudur və pis qonşu olmamışlar. Lakin son vaxtlar heyvanların həyətə keçməsinə görə mübahisələri olmuşdur. Ona görə də Şahnəzərin və oğlu Aslanın hərəkətlərindən DİN-nin 102 xidmətinə zəng edib şikayət etmişdir. X1 ifadə verərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilmiş şikayətlə bağlı bir neçə polis əməkdaşı ilə birlikdə Qobustan rayonunun Çuxanlı kəndinə getmiş və şikayətçi X3 həyətində olmuşlar. Orada olan zaman Şahnəzərlə Minəxanım həyətyanı torpaq sahəsinin onlara məxsus olmasına görə mübahisə etdiklərini, X9 Səfərovun bir-birlərini söydüklərini görmüş, lakin Şəxs Minəxanım Səfərovanı söydüyünü görməmişdir. X2 ifadə verərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilmiş şikayətlə bağlı bir neçə polis əməkdaşı ilə birlikdə Qobustan rayonunun Çuxanlı kəndinə getmişlər. Həmin vaxtı X9 Səfərovun bir-birlərini söydüklərini görüb onlara iradlarını bildirmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar