Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-95/2023 24.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, 11 iyun 1990-cı ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Nabur kəndində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDi: İnzibati xəta haqqında MN ******* saylı protokolda Şəxs 23 fevral 2023-cü il tarixdə Qobustan rayonunun Nabur kəndində öz həyətlərində sərxoş vəziyyətdə səs-küy salaraq münaqişə yaratdığı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 06 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində yolu keçərkən onu maşın vurmuşdur. Hazırda aldığı travmanın nəticəsindən əsəbidir. 23 fevral 2023-cü il tarixdə yaşadığı Nabur kəndində evlərində əsəbi olduğu üçün anası Çiçəklə mübahisə etmişdir. Əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, Camil onun oğludur. Camil 23 fevral 2023-cü il tarixdə sərxoş vəziyyətdə evə gələrək onunla mübahisə etmiş, onu söymüş və evdə olan əşyaları sındırmışdır. Ona görə də Camilin barəsində Qobustan rayon polis şöbəsinə məlumat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qobustan rayon mərkəzi xəstəxanasının sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 23 fevral 2023-cü il tarixli 94 saylı aktında göstərilir ki, 1990-ci il təvəllüdlü Şəxs 23 fevral 2023-cü il tarixdə yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №3(026)-95/2023
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-95/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver