Məhkəmə qərarları › İş №3(026)-96/2021

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-96/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-96/2021 19.04.2021 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Atakişiyeva Şəfa Qəhrəman qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx xxxxx 1980-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Çuxanlı kəndində yaşayan Şəxs barəsində Qobustan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinə Qobustan RPŞ-dən Şəxs Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə yaşadığı Qobustan rayonunun Çuxanlı kəndində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayır. xx xxxxx 2021-ci il tarixdə axşam saatlarında özünə məxsus heyvanları evinin arxasında olan otlaq ərazidə otaran zaman qonşuluqda yaşayan Qasımov Şahnəzər və onun oğlu Qasımov Aslan ona “bura bizim ərazidir” deyərək üstünə hücum çəkmişlər. Onu və anası Minəxanım Səfərovanı nalayiq söyüşlərlə söyüb heyvanlarını daş və ağacla vuraraq özünə aid olan həyətyanı ərazidən çıxarmışlar. Həmin vaxtı onlara qarşı heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, Qobustan rayonunun Çuxanlı kəndində yaşayır. Həm atası, həmdə özü müəllim işləyir. xx xxxxx 2021-ci il tarixdə Qobustan rayonunun Çuxanlı kəndindəki evlərində olan zaman qonşusu Şəxs sərxoş vəziyyətdə onların həyətinə daxil olub onu və atası Şahnəzəri nalayiq ifadələrdə soyumuşdur. X11 çıxıb getməsini bilmirdiyinə görə Yalçın getmişdir və bir neçə dəqiqədən sonra yenidən anası Minəxanım və Yalçının həyat yoldaşı Gülərl onun atası Şahnəzəri söyərək daşla vurmağa başlamışlar. Buna görə də atası Şahnəzər DİN-nin 102 xidmətinə zəng edərək onların hərəkətlərindən şikayət etmişdir. X1 ifadə verərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilmiş şikayətlə bağlı bir neçə polis əməkdaşı ilə birlikdə Qobustan rayonunun Çuxanlı kəndinə getmiş və şikayətçi X3 həyətində olmuşlar. Orada olan zaman Şahnəzərlə Minəxanım həyətyanı torpaq sahəsinin onlara məxsus olmasına görə mübahisə etdiklərini, X12 Səfərovun bir-birlərini söydüklərini görmüş, lakin X7 Səfərovanı söydüyünü görməmişdir. X2 ifadə verərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilmiş şikayətlə bağlı bir neçə polis əməkdaşı ilə birlikdə Qobustan rayonunun Çuxanlı kəndinə getmişlər. Həmin vaxtı X12 Səfərovun bir-birlərini söydüklərini görüb onlara iradlarını bildirmişlər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidlərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar