Məhkəmə qərarları › İş №3(026)-96/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-96/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-96/2023 27.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Üzbaşıyev Elvin Ağaşiraz oğlunun iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonu Qobustan şəhərində Üzbaşıyev Elvin Ağaşiraz oğlu barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Qobustan rayon polis şöbəsindən Üzbaşıyev Elvin Ağaşiraz oğlunun Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə protokol daxil olmuşdur. İnzibati xəta haqqında İXP ******* saylı protokolda göstərilmişdir ki, Üzbaşıyev Elvin Ağaşiraz oğlu 25 fevral 2023-cü il tarixdə saat 11-00 radələrində Qobustan şəhərinin B. Qəribov küçəsində “BMW” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş, o avtomobili saxladıqdan sonra onu polis şöbəsinə dəvət etmişlər. Həkim müayinəsindən keçərkən Elvin Üzbaşıyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Qobustan rayon polis şöbəsinin əməkdaşı X1 bildirdi ki, Üzbaşıyev Elvin Ağaşiraz oğlu 25 fevral 2023-cü il tarixdə Qobustan şəhərinin B. Qəribov küçəsində “BMW” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılmış və həmin zaman onun avtomobili sürücülük hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Üzbaşıyev Elvin Ağaşiraz oğlu iki ay əvvəl narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Üzbaşıyev Elvin Ağaşiraz oğlu izahat verərək göstərdi ki, 25 fevral 2023-cü il tarixdə saat 11-00 radələrində idarə etdiyi “BMW” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qobustan şəhərinin B. Qəribov küçəsində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş və o, avtomaşını saxlamışdır. Avtomobili sürücülük hüququ olmadan idarə etdiyi üçün polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, həkim müayinəsindən keçən zaman onun sidiyində narkotik vasitə aşkar edilmişdir. O, iki ay əvvəl toy mərasimində iş yoldaşının təklifi ilə siqaretin içərisində narkotik vasitə qəbul etmişdir. Bu səbəbdən də müayinənin cavabı pozitiv olmuşdur. Səhv etdiyini bildirdi. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Üzbaşıyev Elvin Ağaşiraz oğlu Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaların”na əlavənin 25 fevral 2023-cü il tarixli 16 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında göstərilir ki, Qobustan şəhər sakini 1993-cü il təvəllüdlü Üzbaşıyev Elvin Ağaşiraz oğlu müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə olan THC(+) pozitiv, MTF(-) neqativ,OP(-) neqativ olması aşkar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Üzbaşıyev Elvin Ağaşiraz oğlunun izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Üzbaşıyev Elvin Ağaşiraz oğlu Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə inzibati tənbeh edilməlidir. Üzbaşıyev Elvin Ağaşiraz oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Üzbaşıyev Elvin Ağaşiraz oğlu barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Üzbaşıyev Elvin Ağaşiraz oğlu Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 07 gün müddətinə həbs edilsin. Həbsin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Üzbaşıyev Elvin Ağaşiraz oğlu ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar