Məhkəmə qərarları › İş №3(026)-99/2023

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(026)-99/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(026)-99/2023 28.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Şamaxı rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Qobustan rayonunun Qobustan şəhərində yaşayan Şəxs barəsində Qobustan rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 332.1, 339.1-1 və 334.2-ci-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə rayon məhkəməsinə İXP ******* saylı protokol daxil olmuş və protokolda Şəxs 25 fevral 2023-cü il tarixdə idarə etdiyi VAZ-2101 markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydasını pozduğuna görə Qobustan rayon polis əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman Şəxs Azərbaycan Respublikası İXM-in 329.3, 332.1, 339.1-1 və 334.2-ci-ci maddələri ilə inzibati xəta törətməsi göstərilmişdir. Məhkəmə iclasında Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X3 ifadə verərək göstərdi ki, 25 fevral 2023-cü il tarixdə Qobustan şəhəri ərazisində xidmətdə olarkən Qobustan şəhəri B. Qəribov küçəsi ilə hərəkətdə olan Şəxs VAZ-2101 markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydasını pozduğuna görə tərəfindən saxlanılmış və həmin zaman Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi müəyyən olunmuşdur. Şəxs Qobustan rayon polis şöbəsinə dəvət olunaraq həkim müayinəsindən keçirilmiş, müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi aşkar olmuşdur. Eyni zamanda avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək göstərdi ki, 25 fevral 2023-cü il tarixdə həmkəndlisi X1 məxsus olan, lakin onun idarə etdiyi VAZ-2101 markalı **-HU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla nəqliyyat vasitəsi ilə Qobustan şəhəri B. Qəribov küçəsi ilə evlərinə gedərkən Qobustan rayon postpatrul əməkdaşları tərəfindən saxlanılmış, həmin zaman nəfəsindən spirtli içki iyi gəldiyinə görə onu Qobustan rayon polis şöbəsinə gətirmişlər. Həkim müayinəsindən keçərkən, həm sərxoşluğu, həm də narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. Narkotik vasitəni 10- 15 gün əvvəl tanımadığı şəxslərin ot formasında siqaretə doldurub çəkdiklərini görüb o, da çəkmişdir. Əməlindən peşmandır. İşdə olan “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 25 fevral 2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 19 saylı tibbi müayinə aktından görünür ki, Qobustan şəhər sakini 1981-ci il təvəllüdlü Şəxs müayinədən keçmiş və müayinə nəticəsində narkotik vasitə olan THC (pozitiv), OP (neqativ), MTF (neqativ) olması aşkar edilmişdir. İş materiallarında olan Qobustan rayon məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 3(026)- 403/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 25 fevral 2023-cü il tarixdə keçirilmiş alkotestin nəticəsində Şəxs 25 fevral 2023-cü il tarixdə sərxoşluq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinin sanksiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İXMin 334.2-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını məsuliyyətini yüngülləşdirən, inzibati xətanı sərxoş halda törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34, 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə təqsirli bilinib iyirmi gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar