Məhkəmə qərarları › İş №3(027)-100/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-100/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-100/2022 02.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, 16.07.1987-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatda olan yaşayan (X1 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 13.01.2022-ci il tarixdə saat 22:15 radələrində Şəxs idarə etdiyi “VAZ 21150” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi, səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi avtoxuliqanlıq hərəkətləri etmişdir. Bu barədə Quba RPŞ-nin X5 Bölməsinin əməkdaşı X2 tərəfindən 18.01.2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında materiala baxış zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Xidmətinin Şimal regional Dövlət yanğın nəzarəti idarəsinin dövlət yanğın şöbəsinin böyük inspektoru vəzifəsində işləyir və daxili xidmət mayoru rütbəsini daşıyır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Xidmətinin vəsiqəsindən görünür ki, Şəxs daxili xidmət mayoru rütbəsinə malikdir və Şimal regional Dövlət yanğın nəzarəti idarəsinin dövlət yanğın şöbəsinin böyük inspektoru vəzifəsində işləyir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16-cı maddəsinin qeydinin İ hissəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezdentinin Fərmanının 4.4-cü bəndinə əsasən həmin Məcəllənin 16.4-cü maddəsində, 16-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində, 88.1.7-ci, 99.3-1-ci və 114.2.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Xidmətinin Şimal regional Dövlət yanğın nəzarəti idarəsinin dövlət yanğın şöbəsinin böyük inspektoru vəzifəsində işləyir və o yuxarıda qeyd edilən normanın təsir dairəsinə düşür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 16, 43 və 114.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar