Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1001/2024 05.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Quba RMX-də maliyyə müfəttişi işləyən, Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsi. Ev 136 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 535.1-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:15 radələrində Quba şəhəri, Bakı küçəsində Quba RPŞ-nin YPX-nin əməkdaşlarının sərxoş vəziyyətdə olduğundan polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik etmişdir. Ona görə də Quba RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 05 dekabr 2024-cü il tarixli, MN 1603822-4835 №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Quba şəhəri, Bakı küçəsində dostunun evinin qarşısında avtomobilində əyləşən zaman YPX-nin əməkdaşları ona yaxınlaşaraq sərxoş olubolmamasını soruşduqda, onlara sərxoş olsada avtomobili idarə etmədiyini bildirmişdir. O, içkili olduğunu, ancaq avtomobili idarə etməməsini demişdir. Ora gələn pol patrul xidmətinin əməkdaşları onu alkotestr müayinəsindən keçirməsindən imtina etmiş və onların qanuni tələblərinə əməl etməmişdir. Bu zaman YPX əməkdaşları ilə aralarında sözlü mübahisə olmuşdur. Sonra onu polis şöbəsinə aparmışlar və barəsində protokol tərtib etmişlər. Həmin əraziyə avtomobili dostu idarə edərək gəldiyini, dostunu düşürdükdən sonra öz avtomobilini özü sürərək evə gedəcəyini bildirmişdir. Lakin YPX əməkdaşalrı onu avtomobili idarə edərkən saxlamamışdırlar. Hazırda əməlini etiraf edir və peşman olduğunu bildirir. Yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin YPX-nin inspektoru X3 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində xidmət yoldaşı Emin Xəlilovla xidmətdə olduqları zaman Quba şəhəri, Bakı küçəsində 40-BV029 d.q.n NİVA markalı nəqliyyat vasitəsi uzaq vuran işiqlrdan istifadə etdiyindən saxlanılmışdır. Bu zaman sükan arxasında əyləşən sürücüdən spirt iyinin gəldiyini hiss etdik. Sürücüyə sənədlərinin təqdim edilməsini və alkotestr müayinəsindən keçməsini bildirdikdə sürücü israrla müayinədən keçməsindən imtina etdi. Bu zaman əraziyə PPX əməkdaşalrı dəvət edildi və sürücünü Quba RPŞ-nə apardlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin YPX-nin inspektoru Emin Xəlilov, şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibini təşkil edən obyekt müəyyən olunmuş idarəçilik qaydaları və dövlət orqanlarının (vəzifəli şəxslərinin) normal fəaliyyətidir. Bu inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir. Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İnzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1001/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1001/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver