Məhkəmə qərarları › İş №3(027)-1006/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1006/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1006/2024 10.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, m ü ə y y ə n e t d i m: Xaçmaz RPŞ-nin polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 13 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, 13 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 13 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yaşayış yeri Xaçmaz rayonu Yeni həyat qəsəbəsidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Nəsimi rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 13 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli protokol və digər sənədlər Xaçmaz RPŞ-nin polis kapitanı X2 qaytarılsın. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar