Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-101/2023 26.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi - Quba rayon Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1985-cı ildə Quba rayonu, Ağbil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, işləməyən, Quba rayonu, Ağbil kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: MN ******* nömrəli, 26 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-1753/2017 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib edən şəxs X5 izahatında bildirmişdir ki, Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-1753/2017 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmişdir. Belə ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)- 1753/2017 saylı icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 100 manat olmaqla, hər ay cəmi 200 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X7 verilməlidir. Borclu Şəxs 22.06 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinin hesabına ödənilməlidir. Borclu Şəxs bu günə qədər tələbkarın xeyrinə 700 manat ödəniş etmiş və hal-hazırda 13100 manat məbləğində aliment borcu təşkil edir. Tələbin icrası barədə borcluya rəsmi məlumat verilmiş, lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Qeyd olunur ki, “Elektron icra” sistemində hesabları, daşınar-daşınmaz əmlaklarının və rəsmi gəlirlərinin olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, torpaq sahəsini tələbkara verdiyi üçün aliment ödənişini etmədiyini, işləmədiyindən aliment üzrə yaranmış borcu hal-hazırda tam ödəyə bilmədiyini, cəzadan azad olunduqdan sonra ödənilən müavinətlə torpaq sahəsi aldığını və məhsul əldə etdikdən sonra oktyabr ayında ödəniş edəcəyini bildirmişdir. X2 ifadəsində Şəxs aliment borcunu ödəmədiyini, maddi cəhətdən acınacaqlı vəziyyətdə olduğunu və özünün əməliyyat olunmaqla sağlamlığının işləməyə imkan vermədiyini bildirmiş, mümkün sərt cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)- 1753/2017 saylı icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2010ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər uşağa görə hər ayda 100 manat olmaqla, hər ay cəmi 200 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X7 verilməsi və borclu Şəxs 22.06 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)- 1753/2017 saylı icra sənədi xx.xx.2017-ci il tarixində icra məmuru Elmar Abdullayevin icraatına daxil olmuşdur. xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(027)-132/2021 saylı hökmündən göründyü kimi, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Quba Rayon Məhkəməsinin hökmü ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 26 yanvar 2023-cü il saat 11:00dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 yanvar 2023-cü il saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 06 (altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-101/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-101/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver