Məhkəmə qərarları › İş №3(027)-1010/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1010/2024

10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1010/2024 10.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X1, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1979-cu ildə Quba rayonu, Ərməki-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Quba rayonu, Alekseyevka kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Quba rayonu, İqrıq kəndində X5 ucadan nalayiq söyüşlər söymüşdürlər. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X2 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN 1688034-4862 №-li protokol tərtib edilmişdir.. Hazırda inzibati işi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Quba Rayon Məhkəməsinə etiraz edərək, hazırkı inzibati xəta haqqında işə obyektiv baxılmasına şübhə ilə yanaşmalarını əsas gətirərək, cinayət işinin baxılmasının başqa məhkəməyə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etirazı onunla əsaslandırılmışdır ki, qardaşı X11 rayon Məhkəməsində məsləhətçikatib vəzifəsində işləyir. İşin obyektiv baxılmasına əsaslı şübhələri var. Həmçinin bldirmişdir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edilməsi və ailə daxili münaqişənin yaranması qardaşı Elşad Xudaverdiyevin sayəsində olmuşdur. Barəsində tərtib edilmiş protokolu və inzibati işin materiallarını başqa rayon Məhkəməsində baxılması üçün göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 etirazın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclas iştirakçılarını dinləyib, etirazı və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Quba rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs aşağıdakı hallarda bu işə baxa bilməz: 107.0.1. o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, onların qanuni nümayəndələrinin, müdafiəçinin və ya nümayəndənin qohumudursa; 107.0.2. o, şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən Bu Məcəllənin 107-ci maddəsində nəzərdə tutulan hallardan biri olduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi və ya hüquqi şəxsin nümayəndəsi, müdafiəçi, nümayəndə və ya prokuror tərəfindən hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz edir. Azərbaycan Respublikası CPM-nin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Həmin Məcəllənin 109.3-cü maddəsinə əsasən etiraz məsələsini aşağıdakılar həll edir: Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala tək başına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı – apelyasiya instansiyası məhkəməsinin hakimi; Həmin Məcəllənin 109.4-cü maddəsinə əsasən Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü-özünə etiraza və ya edilmiş etiraza baxılaraq cinayət prosesi iştirakçılarının və ya etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır. Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən birinci, apleyasiya və kassasiya instansiyası məhkməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apelyasiya instansiyası tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Beləliklə, baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-nin 107-108-ci və Azərbaycan Respublikası CPM-nin 109.1, 109.3 və 109.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Quba Rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilmə bilməz. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar