Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1017/2024 24.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 X4 haqqında Quba rayon DYPİ-nin xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, “Nissan Sunny” Minik markalı, ** LR *** X5 avtomaşına qəbul edilmiş İXP6734270 nömrəli, xx.xx.2024-cü il tarixli, protokol əsasında tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli X4 Haqqında QƏRARın ləğv edilməsi və elektron portaldan silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində, təqribən saat 12:10 radələrində özünə məxsus, idarə etdiyi ** LR *** X5 X6 markalı avtomobili ilə, Quba şəhəri, Səməd Vurğun küçəsi ilə Qırmızı qəsəbədən Qusar istiqamətinə doğru hərəkət edərkən, yolayırıcından dönərkən, sağdan gələn avtomobilə yol vermək üçün avtomobili saxlamışdır. Lakin həmin avtomobil, yol verdiyini bilmədən, onun qarşısında avtomobili saxlamışdır. Həmin vaxt Tural adlı YPX əməkdaşı ona işarə edərək, avtomobili saxlamağını bildirmişdir. O, avtomobili saxladıqda, ona yaxınlaşaraq, digər avtomobilin yolunu kəsdiyini bildirdi. Lakin o, yolu kəsməmişdir. Sağdan gələn avtomobilə yol vermişdir. Çünki, 6 ay əvvəl, eyni yolda, eyni vəziyyətdə sağdan gələn avtomobilə yol vermədiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. Ona görə də, təkrar eyni inzibati xətanı törətməmək üçün, avtomobilə yol vermişdir. Barəsində, xx.xx.2024-cü il tarixli, İXP6734270 saylı protokol tərtib edilmiş, həmin protokol əsasında, X4 Haqqında TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, həmin qərar əsasında ona 100 (yüz) manat məbləğində cərimə yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, X2 və Quba rayon Polis Şöbəsinin DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş X4 haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş X4 haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam veriməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1017/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1017/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver