Məhkəmə qərarları › İş №3(027)-1019/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1019/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1019/2022 24.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu X9 oğlunun katibliyi, zərərçəkmiş şəxs "xxxx" Klub Toursim, X6 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba RPŞ-nin İTB-nın polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş MN 1412959-1558 №li nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən “Məcəra” otelin giriş qapısını sərxoş halda sındırmaqla otelə 460 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" Klub Toursim, X6 MMC-nin nümayəndəsi Rzayev X3 Şamil İsa oğlu xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində “Məcəra” otelin giriş qapısını sındırmaqla otelə 460 manat maddi ziyan vurmuşdur. İnzibati xəta törədən şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Quba RPŞ-nin Təqhqiqat Bölməsinin təhqiqatçısı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 18 avqust 2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanmasının rədd edilmiş, qərarın surəti Şəxs barəsində AR İXM-nin 232-1 və 510-cu maddələri inzibati tədbir görülməsi üçün RPŞ-nin İTB-nə verilmişdir. İş materiallarında olan Quba rayon prokuroru, baş ədliyyə müşaviri X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə 18 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Quba RPŞ-nin Təqhqiqat Bölməsinin təhqiqatçısı Mübariz Zəkəryəyevin HK-1/1856 saylı material üzrə 18 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsassız olduğundan rədd edilməsi, material əlavə araşdırma aparılması üçün yenidən Quba RPŞ-nin Təhqiqat bölməsinə göndərilməklə Şəxs əməlində cinayət tərkibinin olubolmaması məsələsi həll edilıməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nın 232-1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından göründüyü kimi, MN 1412959-1558 №li nömrəli, xx.xx.2022-ci il tarixli, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan 18 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar Quba rayon prokuroru X4 18 oktyabr 2022-ci il tarixli qərarı ilə əsassız olduğundan rədd edilməsi, material əlavə araşdırma aparılması üçün yenidən Quba RPŞ-nin Təhqiqat bölməsinə göndərilməklə Şəxs əməlində cinayət tərkibinin olub-olmaması məsələsi həll edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar