Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1020/2021 10.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən Quba RPŞ-nin İTB-nın rəisi, polis leytenantı Ağamirəzyev Rəvan Akif oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx.xx.1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs-barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 535.1-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə , müəyyən etdi: Şəxs, 09.12.2021-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Ona görə də Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 09.12.2021-ci il tarixli, 1186110-3396 №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs Rəvan Ağamirəzyev bildirdi ki, 09.12.2021-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 09.12.2021-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta törətməsini etiraf edir və bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin alkoqollu içkidən istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlı polis əməkdaşının 09.12.2021-ci il tarixli, saat 22:59 radələrində alkotestr məlumatından görünür ki, Şəxs aşkar olunan alkoqolun miqdarı 0,783 promildir. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibini təşkil edən obyekt müəyyən olunmuş idarəçilik qaydaları və dövlət orqanlarının (vəzifəli şəxslərinin) normal fəaliyyətidir. Bu inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs 150 (bir yüz əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1 maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında 09.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 09 dekabr 2021-ci il tarixdə, saat 21:00-də Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis leytenantı X3 tərəfindən inzibati qaydada tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1020/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1020/2021
10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver