Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1020/2022 23.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokol tərtib edən şəxs X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Seidməmməd oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Seidməmməd oğlunun iştirakı ilə, xx.xx.1962-ci ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Seidməmməd oğlu barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Seidməmməd oğlu xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində yaşadığı ünvanda qardaşı Zərərçəkmiş şəxsla aralarında baş vermiş mabahisə zamanı bir-birilərinə xəsarət xəsarət yetirmişlər. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs X2 bildirdi ki, Şəxs Seidməmməd oğlu xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində yaşadığı ünvanda qardaşı- Zərərçəkmiş şəxsla aralarında baş vermiş mabahisə zamanı bir-birilərinə xəsarət xəsarət yetirmişlər. Protokolu təhqiqat qərarına əsasən tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Seidməmməd oğlu özünü təqsirli bilərək bildirdi ki, hazırda zərərçəkmiş şəxslər ilə barışmışdır. Barəsində olan işə xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Seidməmməd oğlu bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində yaşadığı ünvanda qardaşı-Şəxs Seidməmməd oğlu ilə aralarında baş vermiş mabahisə zamanı bir-birilərinə xəsarət xəsarət yetirmişlər. Hazırda barışmışlar, şikayət və tələbi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və zərər çəkmiş şəxs ilə barəsində inzibati icraat aparılan şəxsin barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs Seidməmməd oğlu inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Seidməmməd oğlu və Şəxs Seidməmməd oğlu barəsində cinayət işinin başlanılması rədd edilmiş və Zərərçəkmiş şəxs Seidməmməd oğlu və Şəxs Seidməmməd oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsidən ötrü qərar Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Şərh edilənləri və zərərçəkmiş şəxs ilə barəsində inzibati icraat aparılan şəxsin barışmasını nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs Seidməmməd oğlunun inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Seidməmməd oğlu barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 157-ci maddəsi ilə başlanmış 3(027)-1020/2022 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1020/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1020/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver