Məhkəmə qərarları › İş №3(027)-1021/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1021/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1021/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 13 saylı X3 baş məsləhətçi-müfəttişi X1 iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 13 saylı X2 daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229-cu (bundan sonra Azərbaycan Respublikası İXM) maddəsi ilə inzibati xəta haqqında materiala Quba Rayon Məhkəməsində baxaraq, müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 13 saylı X3 rəisi Süleyman Kərimovun xx.xx.2025-ci il tarixli məktubuna əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 229-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən xx.xx.2025-ci il tarixdə Qaraçay çayının Quba rayonu Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində çay yatağında icazə sənədi olmadan qazıntı işlərinin aparıldığı müəyyən edilmişdir. Bu fəaliyyət nəticəsində çayın təbii relyefinin dəyişdirilmiş və su obyekti üzərində mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 13 saylı X3 baş məsləhətçi-müfəttişi X4 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsələ ilə bağlı xəbərdarlıq edildiyini, sonuncu öz izahatında müvafiq icazə sənədi olmadığını qeyd etdiyini, Qaraçay çayının yatağında ekoloji vəziyyətin pisləşdiyini və müvafiq şəkillərlə də təsdiq edildiyini bildirmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 229-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 13 saylı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ciil tarixli akta əsasən Qaraçay çayının yatağına baxış keçirilərkən çay yatağında xüsusi texnka vasitəsilə qazıntı işləri aparılaraq əldə olunan xammalın yük maşınları vasitəsilə yaxınlıqdakı sahəyə töküldüyü müəyyən edilmişdir. Bu fəaliyyət nəticəsində çayın təbii eleyefi dəyişmiş, çay kənarında aşınma halları baş vemişdir. Bu fəaliyyətə Azvirt MMC-nin mühəndisi Şəxs tərəfindən rəhbərlik edildiyi müəyyən olunmuşdur. - barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsun izahatında sözügedən fəaliyyətə rəhbərlik etdiyini və bu fəaliyyət üçün icazə sənədinin olmadığını qeyd etmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidmətinin 13 saylı X3 xx.xx.2025-ci il tarixli Sərəncamına əsasən 5 gün müddətində Quba və Qusar rayonları inzibati ərazisində nəzarət tədbirlərinin aparılması nəzərdə tutulmuşdur. - Təqdim edilmiş fotoşəkillərdən Qaraçay çayının Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində çay yatağında qanunsuz qazıntı işlərinin aparıldığı və həmçinin çay yatağının ekoloji vəziyyətinin pisləşdiyini aydın görmək mümkündür. İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinı əsasən su obyektləri üzərində mülkiyyət hüququnun pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin: - 1-ci maddəsinə əsasən u obyekti — relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur. - 6-ci maddəsinə əsasən Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir.Yerüstü su obyektləri onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir. - 103-cü maddəsinə əsasn Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər u obyektlərindən istifadə üzrə icazə ilə müəyyən edilmiş şərtləri pozduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsun İXM-in 229-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair xx.xx.2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Beləliklə, vəzifəli şəxs barəsində inzibati tənbehin tətbiq olunması hüquqi şəxsin məsuliyyətini istisna etmir. İnzibati Xətalar Məcəlləsinin 31.2-i maddəsinə görə Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Şəxsun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxsun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131 və 464-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 229-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar