Məhkəmə qərarları › İş №3(027)-1024/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1024/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1024/2022 23.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən,Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarını araşdırıb, m ü ə y y ə n e t d i m: Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 22 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 23 sentyabr 2022-ci il tarixdə baxılması üçün aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun və ona əlavə olunmuş materialların Azərbaycan Respublikasının İXM-nin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etdim ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinin tələblərinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 23 sentyabr 2022-ci il tarixli materialın Quba Rayon Məhkəməsinə göndərilməsi barədə məktubdan görünür ki, inzibati xəta haqqında protokola inzibati xəta törətmiş şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması barədə rəy əlavə olunmamışdır. Materiala yalnız “Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının” X7 direktoru Səyyaf X1 həkim-narkoloq A.Muradxanov tərəfindən müayinə olunması və ondan götürülmüş testin nəticəsinin “pozitiv” kimi qiymətləndirilməsi və vətəndaşın məcburi müalicəyə ehtiyacının olmaması barədə xx.xx.2022-ci il tarixli məktub əlavə edilmişdir. İnzibati materialdan göründüyü kimi inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib olunmuşdur. Həmçinin hadisənin baş vermə tarixləri raportda xx.xx.2022-ci il tarix, saat 22:00 kimi, inzibati xəta haqqında protokolda isə xx.xx.2022-ci il tarix, saat 21:00 kimi göstərilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsinin baş vermə tarixi və saatı sənədlərdə müxtəlif göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Hesab edirəm ki, qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 22 sentyabr 2022-cı il tarixli, MN ******* nömrəli protokol və digər sənədlər Quba rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi X2 qaytarılsın. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar