Məhkəmə qərarları › İş №3(027)-1024/2023

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1024/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1024/2023 17.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Quba rayonu, 2-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokola əsasən X9 15 yanvar 2023-cü il tarixdə saat təxminən 22 radələrində Quba rayonu, 2-ci Nügədi kəndində yaşadığı evdə həyat yoldaşı X6 döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X7 izahatında bildirmişdir ki, X8 şifahi ərizə protokolu ilə məlumat verərək 15 yanvar 2023-cü il tarixdə saat təxminən 22 radələrində Quba rayonu 2-ci Nügədi kəndində yaşadığı evə qonaq gələn adını Neyman kimi bildiyi usta və həyat yoldaşı Turac Şıxbabayev tərəfindən döyülməsini bildirərək, həmin şəxslərin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, 15 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində evdə doğum günü ilə əlaqədar məclisdə həyat yoldaşı Şaiq onunla mübahisə etmiş və qulağına nalayiq söz dediyinə görə qardaşı inciyərək ailəsini də götürüb məclisdən getmişdir. O qonaqları yola salıb həyat yoldaşı və usta Nemar üçün çay apararkən, həyat yoldaşı ayağa durmaq istəyərkən ayağı büdrəmiş və ayaqqabısını geyinən vaxt pilləkənin yuxarısından aşağıya kimi yıxılmışdır. Buna görən usta Nemar yoldaşını quğacına alıb evin 2-ci mərtəbəsinə yataq otağına çıxarmışdır. Yataq otağında ikisi birdikdə yıxılmışlar. Sonra əmisi oğlanları gəlmiş və usta ilə mübahisə etməyə başlamışlar. Nemar da sakitcə aşağıda onu gözləyən taksiyə minib getmişdir. Həyat yoldaşı əmisi oğlanları ilə birinci mərtəbəyə düşmüş və onunla yenə mübahisə etməyə başlamış, evdəki əşyaları qırmış və sonra çarpayıya uzanıb onu barəsində nalayiq söyüşlər işlətməyə başlamışdır. O, da bundan əsəbləşib həyat yoldaşı Şaiqin yatağdan durmasını demiş və ayağından tutaraq dartıb yerə atmışdır. Sonra əmisi oğlanları gəlib onu aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirmişdir ki, Nemar adlı ustanı təxminən 3 ildir ki tanıyır və 09 yanvar 2023-cü il tarixdə usta gəlib onun evində işləməyə başlamışdır. 2023-cü ilin yanvar ayının 15-də günorta yemək yeyərkən bir qədər spirtli içki qəbul edib işini davam etmişlər. Axşam Turacın ad günü olduğuna görə süfrə açılmışdır. Qonaqlar getdikdən sonra arlarında mübahisə baş vermiş və Nemar yerindən duraraq ona yaxınlaşıb üz nahiyyəsinə yumruqla vurmağa başlamışdır. Sonradan o, huşunu itirdiyindən nə baş verdiyindən və ondan başqa kimi vurmasından xəbəri olmamışdır. İçkili olduğuna görə Nemara əl qol atması və ya vurması yadına gəlmir. Mübahisə zamanı otaqda yoldaşı Turac, onun rəfiqəsi Aynur və Aynurun anasından başqa heç kim olmamışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə X1 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, X3 barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Quba RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Quba Rayon prokurorluğunun 15 may 2023-cü il tarixli məktubundan göründüyü kimi, cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 fevral 2023-cü il tarixli qərar ləğv edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlanmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və qeyd edilə əməl üzrə cinayət işinin başlanmasının nəzərə alaraq hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar