Məhkəmə qərarları › İş №3(027)-1029/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1029/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1029/2024 25.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Quba şəhəri, 32- 33-cü məhəllə ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi Tural Abumüslümov tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1688016-4838 №li protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 00:37b radələrində ünvan 2 ünvanında yaşayan X1 evinin pəncərəsini və müşahidə kamerasını sındıraraq madddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs onunla qonşuluqda yaşayır. Bilmədiyi səbəbdən Emin mütəmadi onu narahat edir, bəzi vaxtlarda isə evin pəncərəsini sındırmışdır. Hətta bu barədə müraciət etmiş, Eminə bu barədə inzibati həbs də tətbiq olunmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, təxminən saat 01 radələrində Bakı şəhərindən evə gəldiyi zaman evin pəncərəsinin, eləcə də müşahidə kamerasının sındırıldığını görmüşdür. Kamera görüntülərinə baxdığı zaman Emin Novruzovun xx.xx.2024-cü il tarixdə, təxminən saat 20:13 radələrində onun yaşadığı evin qarşısına gəldiyini, ilk əvvəl kameranı, sonra isə əlində olan dəmir parçası ilə evin pəncərəsini sındırdığını müşahidə etdiyini bildirmişdir. Müşahidə kamerası və evin pəncərəsinin sındırılması nəticəsində ona 500 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Quba RPŞ və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Quba şəhəri, 32/33-cü məhəllədə yaşayan Şəxs 09 noyabr 2024-cü il tarixdə, saat 20:13 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs qızının evinin müşahidə’kamerasını, eləcə də evin pəncəsəinin şüşəsini sındırması öz təsdiqini tapmışdır. Şəxs izahatında əməlini etiraf etməklə yanaşı sındırma faktını özündə əks etdirən müşahidə görüntüləri materiala əlavə edilmişdir. Dəymiş ziyanın 446 manat olması təqdim olunmuş qaimələr ilə təsdiq olunmuşdur. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə cinayətinə görə Azərbaycan Respublikası Respublikasının CPM-nin 186-cı maddəsinin tərkibini yaratmır. Həmçinin təhqiqat müddətində əməli törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmamışdır. Ona görə də toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM 232-1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün qərarın surəti RPş-nin İTB-nə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs tərəfindən X3 Zərərçəkmiş şəxs müşahidə kamerasına 311 manat, evin pəncərəsinin sındırılması nəticəsində 135 manat olmaqla ümumilikdə 446 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsi dinləyib və toplanmış sübutları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqdainzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh növü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs 446 manat ziyanın bir misli miqdarında inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114-115, 117, 125- 126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 446 manat ziyanın 1 (bir) misli miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar