Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1030/2020 08.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X2 və Quliyev Rövşən Budaq oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Nizami rayonu, Əzim-Zadə küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 227-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə baxaraq,məhkəmə müəyyən e tdi: Quba Rayon Polis Şöbəsindən daxil olan MN N ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Quba şəhəri, Gənclər küçəsində metal alveri edərkən aşkar olunaraq Bakı şəhər sakini olduğu üçün karantin rejimi qaydasını pozmuşdur. Quba Rayon Polis Şöbəsindən daxil olan MN N ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Quba rayonu, Digah kəndində X1 ümumi dəyəri 400 manat olan 2 ton dəmir metal tullantılarını alıb pulunu sonra verəcəyini vədd verərək oradan uzaqlaşaraq çıxıb getmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Quba rayonu, Digah kəndində X2 və Quliyev Rövşən Budaq oğlundan, onların demələrinə görə 2 ton dəmir metal tullantılarını alıb pulunu sonra verəcəyini vədd verərək oradan uzaqlaşaraq çıxıb getmişdir. Sonradan müəyyən etmişdir ki, metal tullantısının dəyəri haradasa 100 manatdır.Bundan başqa xx xxxxxx 2020-ci il tarixdə Quba şəhəri, Gənclər küçəsində metal alveri edərək karantin rejimi qaydasını pozmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs X2 bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Quba rayonu, Digah kəndində onlardan ümumi dəyəri 400 manat olan 2 tondan çox dəmir metal tullantılarını alıb pulunu sonra verəcəyini vədd verərək oradan uzaqlaşaraq çıxıb getmişdir. Hazırda şikayətçidirlər. Məhkəmədə zərərçəkmiş şəxs Quliyev Rövşən Budaq oğlu bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində Quba rayonu, Digah kəndində onlardan ümumi dəyəri 400 manat olan 2 tondan çox dəmir metal tullantılarını alıb pulunu sonra verəcəyini vədd verərək oradan uzaqlaşaraq çıxıb getmişdir. Hazırda şikayətçidirlər. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsüf olunmaqla o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.1 maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1 və 227-ci maddələri ilə təqsirli bilinib, barəsində 227-ci maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1, 227, 32-34, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 227-ci maddədə nəzərdə tutulmuş 1 (bir) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 11:05-dən hesablansın. Qərarın icrası Quba Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1030/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1030/2020
08.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver