Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1030/2023 15.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X14, X2, X15, X16 və X12 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “OBA” marketdən soyuducudan 18 AZN olan 4 ədəd Vestgold kərə yağını oğurlamış 72 manat dəyərində ziyan vurmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Quba şəhəri Vaqif küçəsində yerləşən “OBA” marketdən ümumi məbləği 78 manat olan Vestgold və Golden yağları oğurlamış, xx.xx.2023-cü il tarixdə Quba şəhəri Nərimanov küçəsində yerləşən “OBA” marketdən dəyəri 16 manat olan araq və xx.xx.2023-cü il tarixdə dəyəri 85 manat olan Yeni Zellandiya yağını oğurlamış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Quba şəhəri H.Əliyev prospektində yerləşən “OBA” marketdən 2 ədəd ümumi dəyəri 40 manat ola Ancor yağlarını oğurlamış və xx.xx.2023-cü il tarixdə Quba şəhərində yerləşən “OBA” marketdən 60 manat dəyərində Ancor yağı oğurlaması əsasları ilə bağlı Quba RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li, Quba RPŞ-nin İTB-nin sahə rəisi X17 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li, Quba RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li, Quba RPŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li və Quba RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “OBA” marketdən soyuducudan 18 AZN olan 4 ədəd Vestgold kərə yağını oğurlamış 72 manat dəyərində ziyan vurmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Quba şəhəri Vaqif küçəsində yerləşən “OBA” marketdən ümumi məbləği 78 manat olan Vestgold və Golden yağları oğurlamış, xx.xx.2023-cü il tarixdə Quba şəhəri Nərimanov küçəsində yerləşən “OBA” marketdən dəyəri 16 manat olan araq və xx.xx.2023-cü il tarixdə dəyəri 85 manat olan Yeni Zellandiya yağını oğurlamış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Quba şəhəri H.Əliyev prospektində yerləşən “OBA” marketdən 2 ədəd ümumi dəyəri 40 manat ola Ancor yağlarını oğurlamış və xx.xx.2023-cü il tarixdə Quba şəhərində yerləşən “OBA” marketdən 60 manat dəyərində Ancor yağı oğurlamışdır. Əməlindən peşman olmasını, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X14 izahat verərək göstərdi ki, Quba şəhəri, H.Əliyev prospektində yerləşən QBA marketdə müdir vəzifəsində 2 ildir ki, çalışır. 10 may 2023-cü il tarixdə təxminən saat 13 radələrində satıcı ona yaxınlaşıb mağazadan bir nəfər tanımadığı şəxsin oğurluq etməsində şübşələndiyi bildirmişdir. O, həmin vaxt mağazada olan müşahidə kamerasına baxmış və görmüşdür ki, bir nəfər tanımadığı şəxs soyuducuda olan 4 ədəd 1 kq dəyəri 18 manat olan Vestgold kərə yağını əyninə geyindiyi kurtkanın altına salaraq mağazanı tərk etmişdir. O, da bu barədə Quba RPŞ-nin NH-nə məlumat vermişdir. Mağazadan oğurluq edən şəxsi tanımır. Həmin şəxs ona ümumilikdə 72 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs X2 izahat verərək göstərdi ki, Quba şəhəri, Ə.Nərimavnov küçəsindən yeləşən OBA marketdən 05 aprel 2023-cü il tarixdə təqribən dəyəri 16 manat olan «Banketnaya» arağını, 09 may 2023-cü il tarixdə ümumi dəyəri 85 manat olan Yeni Zeyllandiya yağını tanımadığı şəxsin oğurladığını görmüşdür. Baş vermiş oğurluq hadisəsi ilə bağlı ümumilikdə 101 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs X15 izahat verərək göstərdi ki, H.Əliyev prospektində yerləşən OBA marketdə müdir vəzifəsində işləyir. Vatsapp sosial şəbəkəsi qrupundan eşitmişdir ki, Quba şəhərində yerləşən OBA marketlərdən oğurluq hadisələri baş vermişdir. O, təhlükəsizlik kameralarına baxıb görmüşdür ki, 08 may 2023-cü il tarixdə saat təxminən 13 radələrində tanımadığı şəxs marketin daxilində olan soyuducudan 2 ədəd ümumi dəyəri 40 manat olan Ankor yağlarını oğurlamışdır. Məhkəmədə zərərçəkmiş şəxs X16 izahat verərək göstərdi ki, o, Quba şəhəri, təzə Avtovağzalın yaxınlığında yerləşən OBA marketdə müdir vəzifəsində 4 ildir ki çalışır. 10 may 2023-cü il tarixdə səhər saatlarında marketi açıb içəri daxil olduqda vitrində yağların az olduğunu görmüşdür. Sonradan təhlükəsizlik kamerasına baxdığı zaman 09 may 2023cü il tarixdə saat 17:00 radələrində tanımadığı şəxsin marketin daxilində olan soyuducu vitrindən ümumi dəyəri 54 manat olan 3 ədəd 1- kq Vest gold və ümumi dəyəri 34 manat olan 2 ədəd golden yağlarını oğurladığını görmüşdür. Baş vermiş oğurluqla bağlı ona ümumilikdə 88 manat məbləğində maddi ziyan dəymişdir Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 protokollarda göstərilənləri təsdiq edərək, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-1030/2023, 3(027)-1031/2023, 3(027)-1032/2023, 3(027)-1033/2023, 3(027)- 1034/2023 saylı işlər bir icraatda 3(027)-1030/2023 saylı nömrə ilə birləşdirilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X13 tərəfindən qəbul edilmiş 11 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs, Quba rayonu, Dağlı kənd sakini X9 müdiri vəzifəsində işlədiyi Oba marketdən xx.xx.2023-cü il tarixdə 72 manat dəyərində Vestgold yağını, 2-ci Nügədi kənd sakini X1 müdiri vəzifəsində işlədiyi Oba marketdən xx.xx.2023-cü il tarixdə 1 ədəd 16 manat dəyərində Banketnaya arağı və xx.xx.2023-cü il tarixdə 85 manat dəyərində 5 ədəd Yeni Zellandiya yağını, Quba şəhəri H.Əliyev prospektində yerləşən X10 müdiri işlədiyi Oba marketdən xx.xx.2023-cü il tarixdə 2 ədəd ümumi dəyəri 40 manat olan Ankor yağını, Püstəqasım kənd sakini X11 müdiri işlədiyi Oba marketdən xx.xx.2023-cü il tarixdə 88 manat dəyərində 5 ədəd West gold yağını və 1-ci Nügədi kənd sakini X12 müdiri işlədiyi Oba marketdən xx.xx.2023-cü il tarixdə 60 manat dəyərində 3 ədəd Ancor yağını gizli olaraq talamışdır. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını gizli yolla talama cinayətinin yəni Azərbaycan Respublikası CM-nin 177.1 maddəsinin tərkib əlamətləri yaratmır. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.1 maddəsinin tərkib əlamətiləri olmadığından HK-1\1051, 1055, 1056, 1057, 1058 №-li materiallar üzrə cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X8 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət, ona təyin edilmiş inzibati həbsdən çıxılaraq Şəxs barəsində qəti olaraq 24 (iyirmi dörd) gün inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin Həbs etmənin əvvəli 15 may 2023-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1030/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1030/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver