Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1031/2021 30.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” ASC-nin direktoru X2 iştirakı ilə “X1” ASC barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X1” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən “X1” ASC Mərkəzi Bankın 27.10.2021-ci il tarixli, 26-13207-2021 saylı məktubu ilə tələb edilən sənədləri (cəmiyyətin nizamnaməsinin, səhmdarların reyestrinin, 2018 və 2019-cu illər üzrə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini) göstərilmiş müddət ərizndə Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında 05.11.2021-ci il tarixdə törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X1” ASC-nin direktoru X3 izahat verərək göstərdi ki, maddi durumla əlaqədar olaraq Səhmdarların ümumi yığıncağını qanunla müəyyən edilən müddətdə keçirə bilməmişlər və bu barədə protokolları Mərkəzi Banka təqdim edə bilməmişlər. Səhmdar Cəmiyyətin iclasını sonuncu dəfə 2017-ci ildə keçirmişlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirr. Məhkəmə işə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X1” ASC-nə surəti Tural Bayramova və Bəşir Bayramova ünvanlanan 17 avqust 2021-ci il tarixli məktubdan görünür ki, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 83.0.9-cu maddəsinə müvafiq olaraq, T.Bayramova və B.Bayramova “X1” ASC-nin nizamnaməsinin, səhmdarların reyestrinin və 2018-ci və 2019-cu illər üzrə keçirilən səhmdarların ümumi yığıncaqlarının protokollarının surətlərinin təqdim edilməsi təklif edilmiş və bu barədə 7 gün ərzində Mərkəzi Banka məlumat verilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X1” ASC-nə ünvanlanan 27 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 26-102682021 saylı 17 avqust 2021-ci il tarixli göstərişi ilə tələb edilən edilən məlumatları 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi təklif olunmuşdur. Bununla da müəyyən edilir ki, “X1” ASC Mərkəzi Bankın 27.10.2021-ci il tarixli, 26-13207-2021 saylı məktubu ilə tələb edilən sənədləri (cəmiyyətin nizamnaməsinin, səhmdarların reyestrinin, 2018 və 2019-cu illər üzrə keçirilən səhmdarların ümumi yığıncaqlarının protoklollraının surətini) göstərilmiş müddət ərizndə Mərkəzi Banka təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, “X1” ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X1” ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə “X1” ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: “X1” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1031/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1031/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver