Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1031/2024 12.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Protokol tərtib edən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1978-cı ildə Quba rayonu, Adur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: 22VSCJ9, orta təhsilli, subay, işləmir, Quba rayonu, Adur kəndində qeydiyyatda olan və yaşayan – Şəxs basində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə və xx.xx.1964-cü ildə Quba rayonu, Rük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, subay, işləmir, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan - Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN 1603867-4961 saylı və xx.xx.2024-cü il tarixli, MN 1688045-4962 saylı protokollara əsasən Şəxs və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Quba şəhəri “Səkinəxanım məscidi”nin mətbəxində bir-birilərinə xəsarət yetirmişlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən X2 izahatında bildirmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs bir-birilərinə xəsarət yetirmələrilə bağlı inzibati xəta baş verməsi müəyyən olunmuşdur. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Quba şəhər sakini Zərərçəkmiş şəxs Məbud qızını uzun müddətdir ki, tanıyır. xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində tanıdığı Seyid adlı qadınla görüşmək üçün Quba şəhərində yerləşən “Səkinəxanım məscidi”nə getmiş, təxminən saat 17 radələrində məscidin mətbəxində Təranə ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmış, mübahisə zamanı Təranə onun sol qoluna əlində olan süpürgənin sapı ilə vurmuş, sonra üz nahiyəsini dırnağı ilə cırmış, daha sonra baş nahiyəsinə yumruqla bir neçə zərbə vurmuşdur. Daha sonra orada olan Tahirə və Seyid adlı qadınlar onları ayırmış və mübahisə başa çatmışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt orada o, Təranə, Tahirə və Seyid olmuşlar. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Quba şəhər sakini Şəxs uzun müddətdir ki, tanıyır. Demək olar ki, hər gün Quba şəhərində yerləşən “Səkinəxanım məscidi”nə ibadət etmək üçün gedir. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində məscidin mətbəxində olduğu zaman Ziyafət ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmış, mübahisə zamanı Ziyafət onun üstünə hücum çəkmiş, o özünü müdafiə etmək üçün Ziyafəti itələmişdir. Daha sonra orada olan Tahirə onları ayırmış və mübahisə başa çatmışdır. Mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada o, Ziyafət və Tahirə olmuşdur. Mübahisə zamanı o, Ziyafəti vurmamış, təhqir etməmiş, yalnız itələmişdir. Əməlindən peşman olduğunu bildirmiş və məhkəməyə ərizə təqdim edərək zərərçəkmişlə barışdığı üçün inzibati material üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 537 saylı rəyindən görünür ki, Şəxs bədəni üzərində aşkar olunan xəsarət - sifətin sol tərəfində iki ədəd sıyrıqları küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2024-cü ii tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materialında olan MTE və PAB Quba rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 538 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məbud qızınun bədəni üzərində aşkar olunan xəsarətlər sağ yanağın, sol almacıq nahiyəsinin, alt çənəsinin sağ tərəfinin, sol saidin aşağı 1/3-nin arxa səthinin, sol bazunun orta 1/3-nin yan səthinin sıyrıqları və sol bazunun orta 1/3-nin yan səthinin, sağ budun orta 1/3-nin yan səthinin qançırları küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, qərarda göstərilən vəziyyətdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 noyabr 2024-cü il tarixli qərardan göründüyü kimi, Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi deyil, AR İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Ona görə də, Şəxs və Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanılması rədd edilməli, qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs barəsində həmin maddə ilə inzibati təsir tədbiri görülməsi üçün RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsləri və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və barəsində inzibati icraat aparılan şəxslərin bir-biriləri ilə barışmalarını nəzərə alaraq hesab edir ki, Şəxs və Zərərçəkmiş şəxs inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Habelə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənləri və barışıq ərizələrini nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında icraata zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və o məsuliyyətdən azad edilsin. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında icraata zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin və o məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1031/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1031/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver