Məhkəmə qərarları › İş №3(027)-1032/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-1032/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-1032/2023 23.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdulrəhmanov Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (X1 xxxxxxx) Abdulrəhmanov Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Abdulrəhmanov Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Quba şəhəri Heydər Əliyev prospektində yerləşən “OBA” marketdən soyuducudan 18 AZN olan 4 ədəd Vestgold kərə yağını oğurlamış 72 manat dəyərində ziyan vurmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Quba şəhəri Vaqif küçəsində yerləşən “OBA” marketdən ümumi məbləği 78 manat olan Vestgold və Golden yağları oğurlamış, xx.xx.2023-cü il tarixdə Quba şəhəri Nərimanov küçəsində yerləşən “OBA” marketdən dəyəri 16 manat olan araq və xx.xx.2023-cü il tarixdə dəyəri 85 manat olan Yeni Zellandiya yağını oğurlamış, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Quba şəhəri H.Əliyev prospektində yerləşən “OBA” marketdən 2 ədəd ümumi dəyəri 40 manat ola Ancor yağlarını oğurlamış və xx.xx.2023-cü il tarixdə Quba şəhərində yerləşən “OBA” marketdən 60 manat dəyərində Ancor yağı oğurlaması əsasları ilə bağlı Quba RPŞ-nin İTB-nin sahə rəisi Şəxsyev Müşfiq Mirzağa oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023cü il tarixli, MN ******* №-li, Quba RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li, Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li, Quba RPŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №-li və Quba RPŞ-nin İTB-nin sahə rəisi Şəxsyev Müşfiq Mirzağa oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokollar tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Abdulrəhmanov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-1030/2023, 3(027)-1031/2023, 3(027)-1032/2023, 3(027)-1033/2023 və 3(027)- 1034/2023 saylı işlər bir icraatda 3(027)-1030/2023 saylı nömrə ilə birləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə qəraraaldı: Abdulrəhmanov Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli, MN ******* nömrəli, MN 1706513, MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-1030/2023, 3(027)-1031/2023, 3(027)- 1032/2023, 3(027)-1033/2023 və 3(027)-1034/2023 saylı işlər bir icraatda 3(027)- 1030/2023 saylı nömrə ilə birləşdirilsin. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar