Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1032/2024 13.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə xx.xx.2005-ci ildə Quba rayonunda anadan olmuş, evli, ali təhsilli, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 511.1.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Quba RPŞ-dən daxil olmuş X4 materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Quba rayonu, Yol patrul xidməti inspektoru polis serjantı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP 673684 №-li X4 protokol tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində X4 iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, avto xuliqanlıqla bağlı heç bir qayda pozuntusu etməmişdir. Maşını yüksək sürətlə idarə etməmişdir. Ona görə də barəsində tərtib olunmuş X4 protokola xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Onun İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübut edən hər hansısa material (video görüntü və s.) iş materiallarına əlavə edilməmişdir. (video görüntü təqdim edilsə də həmin görüntülərdə Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır)ə Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəmədə hadisə vaxtı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübut (video görüntü) təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Odur ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli X4 protokol üzrə X4 iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP 673684 nömrəli X4 protokol üzrə X4 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1032/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1032/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver