Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1038/2021 29.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4.000 manat cərimə edilmişdir. Hal-hazırda X2 müdafiəçisi Vəkil şikayət ilə Quba rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 inzibati xəta haqqında iş üzrə X2 barəsində qəbul etdiyi 03 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarını ləğv edib icrata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Quba regional ərazi şöbəsinin rəisi X1 03 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərar. (bundan sonra - “Qərar”) ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində 4000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir qərarın surəti əlavə olunur). Aşağıdakı dəlillərə və hüquq normalarına görə hesab edirik ki, qərar hüquq normalarının pozulması ilə çıxarılmışdır və bu səbəbdən, ləğv edilməlidir. Qərarın qəbul edilməsinə əsas kimi, X2 barəsində tətbiq edilmiş 23 noyabr 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol (bundan sonra - “Protokol) göstərilmişdir. İnzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsi prosesi qanunla müəyyən edilmiş qaydada aparılmamışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraz və vəsatət vermək hüquqları, habelə iş üzrə sübutların araşdırılması prosesində iştirakı təmin olunmamış və izahatı alınmamışdır. Halbuki, protokolun qanuniliyini və əsaslılığını mübahisələndirmək üçün F.Yaqubovun kifayət qədər əsası olmuşdur: inzibati xəta haqqında protokol ciddi qüsurlarla tərtib edilmiş, faktiki olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılmamışdır. Ümumiyyətlə protokolun məzmunu ilə bağlı izahat və mülahizələrini təqdim etmək hüquqları təmin edilməmişdir, hər hansı bir şəxsin heç bir əsası olmayan izahatı heç bir sübutla əsaslandırılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X8 şikayətin təmin olunmamasını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanmasını xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X2 müdafiəçisi Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4.000 manat cərimə edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 23 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, "xxxx" MMC-nin işçisi olmuş X3 2020-ci ilin sentyabr-oktyabr aylarında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü və 49-cu maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin baş əmək müfəttişi X8 tərəfindən X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 23.11.2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş, X5 həmin protokolla tanış olmuş, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş və Famil Yaqubov protokolu imzalamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4.000 manat məbləğində cərimə edilmişdir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edib icrata xitam verilməsi barədə X2 müdafiəçisi Vəkil şikayətinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X1 MN ******* saylı, 03 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edib icrata xitam verilməsi barədə X2 müdafiəçisi Vəkil şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-1038/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1038/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver