Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1038/2025 19.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, X3 iştirakı ilə X8 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ29872767 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutularaq barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29872767 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 məxsus “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə etmiş, hazırda isə həmin avtomaşını etibarnamə ilə Tahir idarə edir. Tahir 11 avqust 2025-ci il tarixdə saat 09:42 radələrində həmin avtomaşınla Quba-Xaçmaz yolunun 3,5-ci kilometrliyində Xaçmaz istiqamətində hərəkətdə olarkən yol-hərəkəti qaydalarını pozmuş, Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaq) ilə o, təqsirli bilinərək, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ 29872767 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş, 400 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar təmamilə əsassızdır. Belə ki, o, həmin vaxt heç bir qayda pozuntusu etməmişdir. Həmin avtomaşını hazırda etibarnamə ilə Tahir idarə edir, qayda pozuntusu onun tərəfindən törədilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olması şübhə altına alındığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Məhkəmə iclasında iştirak edən X5 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilmir, ona görə ki, 11 avqust 2025-ci il tarixdə “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə olmadan X7 idarə etmiş və yol-hərəkəti qaydalarını pozmuşdur. Həmin avtomobili kreditlə X1 Tahirlə birlikdə almışlar. Onun öz avtomobili vardır. Hadisə olan gün avtomobili Tahir idarə etmiş, sonuncu özü də etiraf edir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını, xx.xx.2025-ci il tarixli, EQ 29872767 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında göstərmişdir ki, onun sürücülük vəsiqəsi vardır, lakin “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün etibarnaməsi yoxdur. Həmin avtomobili kreditlə X1 almışlar və X8 adına rəsmiləşdirmişlər. xx.xx.2025-ci il tarixdə “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşını o idarə etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində xx.xx.2025-ci il tarixli, EQ 29872767 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarında olan AE630218 nöməli sürücülük vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixdə 10 il müddətinə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan ƏN-Vİİ № 200880 nömrəli etibarnamədən görünür ki, X4 özünə məxsus “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün 1 il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək X9 etibar etmişdir. Etibarnamənin müddəti bitmişdir. Məhkəmə iclasında X8 mobil telefonunda istifadə edilən sms radar proqramına baxış keçirilərkən xx.xx.2025-ci il tarixli, EQ 29872767 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkildən “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitə ilə arxadan çəkilmiş fotoşəkillər olduğu müəyyən edilmiş və bununla da həmin vaxt qeyd edilən avtomobilin kim tərəfindən idarə olunmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ29872767 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı tutarlı əsas göstərilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş, hadisə yerini əks etdirən fotoşəkillərdən məlum olur ki, xx.xx.2025-ci il tarixdə X8 etibarnamə olmadan (etibarnamənin müddəti xx.xx.2025-ci il tarixdə saat 00:00-da bitmişdir) idarə etdiyi “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba-Xaçmaz yolunun 3,5-ci kilometrliyində Xaçmaz istiqamətində hərəkətdə olarkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmışdır. Ona görə barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ29872767 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Bütün qeyd edilənlər məhkəməyə X8 xx.xx.2025-ci il tarixdə “Ford Transit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yolun hərəkət hissəsinin işarəsinin tələblərinə riayət etmədiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ29872767 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş EQ29872767 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-1038/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1038/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver