Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-104/2023 10.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Quba şəhərində anadan olmuş, Quba rayonu, Xucbala kəndində ünvanında qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 22 dekabr 2022-ci il tarixdə, saat 07:50 radəsində Şəxs “B” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi Vaz 11183 markalı, **-BM-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Quba şəhərinin Vaqif küçəsində geriyə hərəkətdə olduğu zaman “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ bəndinin tələblərini pozaraq, yolu keçən piyada X1 ehtiyatsızlıqdan avtomobilin arxa tərəfi ilə vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşaiyət olunan alnında ortada əzilmiş-cırılmış yara, sol gözün altında qançırla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bu barədə Quba RPŞ-nin polis kapitanı Əliyev nail Bəxtiyar oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 22 dekabr 2022-ci il tarixdə, saat 07:50 radəsində Quba şəhərinin Vaqif küçəsində, “B” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi Vaz 11183 markalı, **-BM-*** dövlət-qeydiyyat nişanlı avtomobilini yolun sağ kənarında saxlayıb avtomobilindən adam düşürdükdən sonra arxaya sürüb arxa tərəfdəki ara küçəyə daxil olub hərəkətini davam etdirmək istəyirdi. Yan güzgülərə baxaraq avtomobili 10 km/saat sürətlə arxaya sürəndə arxa tərəfdən keçən qadını görməmişdir və 15 metr hərəkət etdikdən sonra avtomobilinin arxa tərəfinin nəyəsə toxunduğunu hiss edib saxlayaraq aşağı düşəndə görmüşdür ki, orta yaşlı bir qadın avtomobilin arxa tərəfində yerdə yıxılmış vəziyyətdədir və baş nahiyyəsindən asfalt örtüyün üstünə qan axır. Cəld qadını yerdən qaldırmışdır və təcili yardıma zəng vurmuşdur. Amma təcili yardımın gec gələcəyini düşünüb qadını öz avtomobilinə əyləşdirərək təcili xəstəxanaya aparmışdır. Xəstənada məlum olmuşdur ki, həmin qadının adı X2r. Həmin qadını vuranda avtomobilində tək olmuşdur və onu görməmişdir. Avtomobilini arxaya sürəndə sol tərəf boş idi, həmin qadın sağ tərəfdən gələrək yolun sağ kənarında dayanmış avtomobillərin arxasından çıxaraq yolu keçmək istəmişdir, həmin vaxt avtomobilinin arxası qadına toxunaraq yerə yıxılaraq xəsarət almışdır. İlk dəfə inzibati xəta törədir. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş protokolu tərtib etmiş Quba RPŞ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, 22 dekabr 2022-ci il tarixdə, saat 07:50 radəsində Şəxs “B” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi Vaz 11183 markalı, **-BM-*** dövlət-qeydiyyat nişanlı avtomobillə Quba şəhərinin Vaqif küçəsində geriyə hərəkətdə olduğu zaman “X8” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ bəndinin tələblərini pozaraq, yolu keçən piyada X1 ehtiyatsızlıqdan avtomobilin arxa tərəfi ilə vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşaiyət olunan alnında ortada əzilmişcırılmış yara, sol gözün altında qançırla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Buradan da görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkibi deyil, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Bundan sonra İXM) 327.1-ci və 327.8-ci maddələrinin tərkibi vardır. Odur ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.8-ci maddələrinin tərkibi olduğundan barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin DYPB-nə (X9 Bölməsinə) göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqni tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 200 (iki yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.8ci maddədə nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-104/2023
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-104/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver