Məhkəmə qərarları › İş №3(027)-1040/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1040/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1040/2022 26.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, X3 oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq məhkəmə, müəyyənetdi: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 01:00-dan 08:00-dək Quba rayonu, Gədikqışlaq kənd sakini Zərərçəkmiş şəxs məxsus mağazadan 55 manat pul və 40 manat dəyərində geyim oğurlamışdır. Bununla bağlı Quba RPŞ-nin İTB-nın sahə rəisi polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN 1429603-1644 nömrəli protokol materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 02-03 radələrində Quba rayon Gədikqəşlaq kəndində yerləşən mağazaya arxa tərəfində olan pəncərədən daxil olmuşdur. Oradan təxminən 55 manat pul və bir neçə geyim dəsti ərzaq götürüb daxil olduğu kimi də ordan çıxmışdır. Götürdüyü əşyaları kəndin kənarında gizlətmişdir. Sonra da tanımadığı maşınla həmin kənddən Quba şəhərinə gəlmişdir. Hazırda zərəçəkmişə dəyəmiş ziyanı ödəmiş və zərəzçəkmiş şəxslə barışmışdır. Göstərilənləri nəzərə alıb inzibati material üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında xx.xx.2022-ci il tarixdə ona məxsus mağazadan 55 manat pul və 40 manat dəyərində geyim oğurlandığını, hazırda Şəxs ilə barışdığını, ona dəymiş ziyanin Şəxs tərəfinən tam ödənildiyini, Şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan Quba RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 13 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Gədikqışlaq kəndində yaşadığı evin qarşısında olan ərzaq və geyim əşyaları mağazasından 03 avqust 2022-ci il tarixdə təxminən saat 01 radələrindən 08 radələrinə qədər mağazanın pəncərəsini qırmaq yolu tanımadığı şəxs və ya şəxslər tərəfindən 55 manat nağd pul və 40 manat dəyərində geyim əşyalarını oğurlanaraq ona ümumilikdə 95 manat maddi ziyan vurulmuşdur. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını gizli talama, yəni AR CM-nin 177.1 madəsinin tərkibini yaratmır. Ona görə də, Zərərçəkmiş şəxs məlumatı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etmiş şəxs (şəxslər) tapıldıqdda barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞnin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Şəxs tərəfindən tam ödənilmiş, hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikaksı İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.9, 114.1.4, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Zərərçəkmiş şəxslə barışması əsasına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar