Məhkəmə qərarları › İş №3(027)-1044/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1044/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1044/2021 17.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X6 oğlunun zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların qanuni nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Quba şəhəri, SMU-12 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs 18.09.2021-ci il tarixdə, saat 18:00 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə azyaşlı qızları Nəzrin və Zərərçəkmiş şəxs2ların üz və bədən nahiyələrinə sillə ilə vuraraq onları döymüşdür. Ona görə də Quba RPŞ-nin, İTB-nin poli sahə rəisi, X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 dekabr 2021-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə protokol tərtib etmiş şəxs X4 bildirdi ki, Şəxs 18.09.2021-ci il tarixdə, saat 18:00 radələrində sərxoş vəziyyətdə yaşadığı evdə azyaşlı qızları Nəzrin və Zərərçəkmiş şəxs2ların üz və bədən nahiyələrinə sillə ilə vuraraq onları döymüşdür. Ona görə də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Zümrüd Əliyeva həyat yoldaşı, Nərmin və Zərərçəkmiş şəxs1lar qızlarıdır, bir ailədə yaşayırlar. 18 sentyabr 2021ci il tarixdə, saat radələrində yaşadıqları evdə spirtli içki qəbul etmiş, həyat yoldaşı işdə olmuşdur. O, həyat yoldaşını gedib işdən gətirmək üçün qızları Nərmin və Nəzrindən saatı soruşmuş, qızları saatın vaxtı barədə səhv məlumat verdiklərindən onlara onu niyə aldatdıqlarını deyərək onları ərkyana vurmuşdur. İnzibati xəta törətməsini etiraf edir, bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir, zərərçəkmişlə barışmamışdır. Barəsində ədalətli qərar verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X5 izahatında göstərmişdir ki, Şəxs həyat yoldaşıdır. Həyat yoldaşı Şəxs spirtli içki aludəçisidir, tez-tez spirtli içki qəbul edir, sərxoş halda evə gəlib onu, uşaqları narahat edir, onu səbəbsiz olaraq söyür, döyür, onlara baxmır, uşaqları dərsə getməyə qoymur, aralarında tez-tez mübahisə və dalaşmalar baş verir. 18 sentyabr 2021ci il tarixdə o, işdə olan vaxtı İlham evdə spirtli içki qəbul etmiş, onu gəlib işdən gətirmək üçün onlardan saatı soruşmuş, saat bir saat geri olduğu üçün uşaqlar ona səhv məlumat verdiklərindən qızları Nəzrini və Nərmini vuraraq onlara xəsarət yetirmişdir. O, hadisə baş verərkən evdə olmamış, bu barədə sonradan qızları ona məlumat vermişlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxslə barışmamış, onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Şəxs atası, Zümrüd Əliyeva anasıdır. Atası Şəxs tez-tez spirtli içki qəbul edir, sərxoş halda evə gəlib anasını, onları narahat edir, anasını səbəbsiz olaraq söyür, döyür, onlara baxmır. 18 sentyabr 2021-ci il tarixdə, anası işdə olan vaxtı atası evdə spirtli içki qəbul etmiş, anası gedib işdən gətirmək üçün onlardan saatı soruşmuş, saat bir saat geri olduğu üçün atasına səhv məlumat verdiyindən üzərlərinə hücum edərək onu niyə aldatdıqlarını deyib onun üz və baş nahiyyəsindən sillə ilə, Ayağına təpiklə vurub xəsarət yetirmiş, həmçinin bacısı Nərminin də üz və baş nahiyyəsinə zərbələr vuraraq ona da xəsarət yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Şəxs atası, Zümrüd Əliyeva anasıdır. Atası Şəxs tez-tez spirtli içki qəbul edir, sərxoş halda evə gəlib anasını, onları narahat edir, anasını səbəbsiz olaraq söyür, döyür, onlara baxmır. 18 sentyabr 2021-ci il tarixdə, anası işdə olan vaxtı atası evdə spirtli içki qəbul etmiş, anası gedib işdən gətirmək üçün onlardan saatı soruşmuş, saat bir saat geri olduğu üçün atasına səhv məlumat verdiyindən üzərlərinə hücum edərək onu niyə aldatdıqlarını deyib onun üz və baş nahiyyəsindən sillə ilə, Ayağına təpiklə vurub xəsarət yetirmiş, həmçinin bacısı Nərminin də üz və baş nahiyyəsinə zərbələr vuraraq ona da xəsarət yetirmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbeh tətbiq edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmin inzibati həbsin başlanğıcı 17 dekabr 2021-ci il tarixdən, saat 16:30dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114- 115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a ra a l d ı m : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsin əvvəli 17 dekabr 2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar