Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1044/2022 27.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Quba rayonu, Timiryazev qəsəbəsində qeydiyyatda olan və yaşayan (X2 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, X1 rayonu, Ağbil kəndində X6 Məxsus olan yaşayış olmayan evinin ikinci mərtəbəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2mm-lik mis materialdan olan 120 metrlik elektrik naqilini ümumi dəyəri 60 manat olan maddi ziyan vurmuş, Şəxs xx.xx.2022-ci il tarixdə Quba şəhəri, Heydər Əliyev pr yerləşən “Megastore” mağazasının qarşısında “Nissan Patrul” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobildən 150 manat dəyərində Samsung A40 markalı telefon oğurlanmışdır. Bununla bağlı Şəxs barəsində Quba Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 və X7 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli və MN ******* nömrəli protokollar tərtib edilmiş və materialla birlikdə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Megastore” mağazasının qarşısında “Nissan Patrul” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobildən 150 manat dəyərində Samsung A40 markalı telefon oğurlanmış, xx.xx.2021-cil il tarixdə saat 03:00 radələrində Quba rayonu, Ağbil kəndində X6 məxsus olan evin ikinci mərtəbəsinə çıxaraq orada təzə çəkilmiş ümumi dəyəri 150 manat olan elektirik naqillərini çıxararaq oğurladığını bildirmişdir. Bundan başqa, Quba rayonu, Ağbil kəndində X6 Məxsus olan yaşayış olmayan evinin ikinci mərtəbəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2mm-lik mis materialdan olan 120 metrlik elektrik naqilini ümumi dəyəri 60 manat olan maddi ziyan vurmuşdur. Əməlindən peşman olduğunu, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 və X7 protokollarda göstərilənləri təsdiq edərək protokolların onların tərəfindən tərtib edildiyini bildirmişlər. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli, 26 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-1043/2022, 3(027)- 1044/2022 saylı işlər bir icraatda 3(027)-1044/2022 saylı nömrə ilə birləşdirilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən qəbul edilmiş 17 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X4 27 iyun 2022-ci il tarixdə “Megastore” marketin qarşısında saxladığı özünə məxsus Nissan Patrul markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobildən 2018-ci ildə aldığı Samsung A40 markalı mobil telefon telefonu naməlum şəxs tərəfindən oğurlanmış, nəticədə ona 150 manat məbləğində maddi ziyan dəymişdir. Qüvvədə olan qanunvericiliyə əsasən həmin məbləğ özgənin əmlakını gizli talama yəni AR CM-nin 177.1-ci maddəsinin tərkibini yaratmır. Ona görə də, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və qərarın surəti Samsung A40 markalı mobil telefonu oğurlamış şəxs tapıldıqda barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş 26 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs Əlxan qızının Quba rayon Ağbil kəndində yaşayış olmayan evinin ikinci mərtəbəsindən 2 mm-lik miss materialından olan 120 metirlik elektirik naqillərinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə naməlum şəxs tərəfindən oğurlanması ilə bağlı ona 60 manat dəyərində maddi ziyan vurulması müəyyən olunmuşdur. Qüvvədə olan cinayət qanunvericiliyinə görə həmin məbləğ oğurluq cinayətinin, yəni Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibini deyil, AR İXM-nin 227-ci maddəsinin, yəni xırda talama inzibati xətasının tərkibini yaradır. Ona görə də, Zərərçəkmiş şəxs Əlxan qızının ərizəsi ilə bağlı toplanmış materalda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd olunmuş, qərarın surəti Quba rayon Ağbil kəndində olan yaşayış olmayan evinin ikinci mərtəbəsindən 120 metr uzunluğunda elektirk naqillərini oğurlayan naməlum şəxsin müəyyən olunaraq barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Huquqlarının və X5 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-1044/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1044/2022
27.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver