Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1044/2024 28.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin 19 dekabr 2024-cü tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Rayon Məhkəməsinə müraciət edərək, Quba rayon DYP şöbəsinin polis mayoru X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 469.3-cü maddələrinə əsasən barəsində tərtib olunmuş 19 dekabr 2024-cü tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində “VAZ 21214” “Lada-Vaz-Niva” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2024-ci il saat 13:00 radələrində DYPBnin Quba rayon PŞ-nin əməkdaşları Quba şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən İXMnin 327.2, 332.1 və 469.3-cü maddələrinin bəndlərinə görə-Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, qanunla mülki məsuliyyəti icbari qaydada siğorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən siğortaçı ilə icbari siğorta müqaviləsinin bağlanmamasına görə, əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə - 100 manat məbləğində cərimə edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin xx.xx.2024-cü il tarixində saat 11:00 radələrində yaşadığı Alıc-Digah kəndindən çıxaraq Quba şəhərində mülkiyyətində olan “VAZ 21214” markalı 40- BR-604 dövlət nömrə nişanlı avtomobilini təmir etdirmək üçün getdiyi zaman saat 14:00 radələrində yolun kənarında saxlayıb kənarda olan avtomobil hissələri satılan mağazaya düşüb girmək istəyərkən avtomobilin qapısını açıb gedən zaman avtomobilinin qapısını yolun birinci zolağı ilə hərəkətdə olan zaman “Toyata” markalı avtomobil vurmuşdur. Nəticədə o avtomobildən düşərək Quba RPŞ-ni DYPB-nin əməkdaşlarına məlumat vermiş və hadisə yerinə gəlmələrini gözləmişdir. Lakin sonradan özünü yaxşı hiss etmədiyindən Quba RDM-nə yaxınlaşaraq həkim müayinəsindən keçmişdir. Lakin iş üzrə materiallar araşdırılarkən hazırlanan cinayətlər barədə qeydiyyat kitablarında HK-1/2912 npmrə ilə qeydə alınaraq icraata daxil olmuşdur. Faktla bağlı 12 oktyabr 2024-cü il tarixdə YNH-nin baş vermiş əraziyə və avtomaşınlara hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, müvafiq sxem və protokol tərtib edilməklə, fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Məhkəmə-tibbi ekspertin 14 oktyabr 2024-cü il tarixli, 927 saylı rəyindən görünür ki, onun üzərində aşkar olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarət növünə aiddir. Bütün araşdırmalardan sonra barəsində cinayət işinin başlanılması rədd edilməsi və qərarın surəti barəsində həmin maddə ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında Qərarlarda olan heç bir qanun pozuntusuna yol verməmiş və tərtib edilmiş qərarlar əsassız olmaqla qəbul edilmişdir və ona görə də silinməlidir. Onu da qeyd edir ki, o qərarları xx.xx.2024-cü il tarixində götürmüşdür. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X7 izahatında nəqliyyat vasitəsini idarə edilməsi üçün etibarnamənin olmadığını, nəqliyyat vasitəsinin icbari sığorta olunmadığını etiraf etmiş, lakin qərarda qeyd olunan 327.2-ci maddəsilə bağlı inzibati xətanın olmadığını bildirmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməli və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar ləğv edilməklə, inzibati xəta haqqında işə yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan 19 dekabr 2024-cü tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (yüz) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan AD 939306 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ndən göründüyü kimi, VAZ 21214” markalı **-BR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi X3r. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin İXM-nin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı X4 “VAZ 21214” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və icbari sığorta müqaviləsi bağlanmadan olmadan idarə etdiyi müəyyən olunmuş, həmçinin avtomobil hərəkətsiz olduğu halda əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydasının pozulmasına görə də İXM-nin 327.2-ci maddəsilə xəta baş verdiyi qeyd olunmaqla İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla Ş. Paşayevin 100 (yüz) manat cərimə edilməsi barədə 19 dekabr 2024-cü tarixli TP ******* qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2024-ci il tarixdə törədilən inzibati xəta “VAZ 21214” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 tərəfindən törədilməklə onun Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 469.3-cü maddələrilə məsuliyyətə cəlb olunması əsaslı olsa da, həmin vaxt Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi müəyyən olunmamışdır. X6 İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, 100 manat məbləğində cərimə tətbiq edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, Quba RPŞ DYPB-nin inzibati tənbeh vermə haqqında 19 dekabr 2024-cü tarixli TP ******* saylı qərarı ləğv edilməklə İXM-nin 327.2-ci maddəsinlə bağlı hissədə icraata xitam verilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 469.3-cü maddələrilə bağlı hissədə məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1 və 469.3-cü maddələrinə əsasən tərtib olunmuş 19 dekabr 2024cü tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata İXM-nin 327.2-ci maddəsilə bağlı hissədə xitam verilsin. Şikayət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 469.3-cü maddələrilə bağlı hissələrdə xitam verilməsi barədə hissədə təmin edilməsin. İnzibati material X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 469.3-cü maddələrilə bağlı hissədə məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-1044/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1044/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver