Məhkəmə qərarları › İş №3(027)-1045/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1045/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1045/2021 17.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi ilə, Muradov Əli Şakir oğlunun katibliyi, Protokol tərtib edən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri, Fətəlixan küçəsi, ev 57, mənzil 28 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən, Şəxs 16.12.2021-ci il tarixində saat 11:30-da “VAZ 21154” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokolu tərtib edən şəxs X3 göstərdi ki, Məhərrəmov Ənvər Əlövsət oğlu 16.11.2021-ci il tarixində saat 11:30-da “VAZ 21154” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Protokolu kamera görüntüsü əsasında tərtib etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məhərrəmov Ənvər Əlövsət oğlu özünü qismən təqsirli bilərək, bildirdi ki, 16.12.2021-ci il tarixində saat 11:30 radələrində idarə etdiyi “VAZ 21154” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə Quba şəhəri H.Əliyev prospektində Quba marketin qarşısında hərəkətə başlayarkən avtomaşının təkər hissəsindən cüzi səs gəlib, tələsdiyi üçün oradan uzaqlaşıb, lakin asfalt üzərində hər hansı təkər izi buraxmamışdır. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcək. Qərar qəbul edən zaman göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X2 bildirdi ki, 16.12.2021-ci il tarixində saat 11:30 radələrində Quba şəhəri H.Əliyev prospektində Quba marketin qarşısında “VAZ 21154” minik markalı **-BO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü hərəkətə başlayarkən, avtomaşının təkərlərinin yolun səthi ilə sürtünməsi səsi çıxıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola əlavə edilmiş video görüntüyə baxış zamanı Şəxs avtomobili idarə edən zaman nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq sərt manevr edib nin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətlərinə yol verməsi aşkar edilməmişdi. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məçəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış 3(027)-1045/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkib olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh edilənləri, nəzərə alaraq, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış 3(027)-1045/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbayçan Respublikası İnzibati Xətalar Məçəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış 3(027)-1045/2021 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar