Məhkəmə qərarları › İş №3(027)-1047/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1047/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1047/2025 26.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi X1 iştirakı ilə, X4 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba RPŞ-nin YPX-nin baş inspektoru polis leytenatı X6 tərəfindən AR İXM-nin 327.2-ci, 333.1-ci, 342.5-ci maddələrinə əsasən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025 ci il tarixdə saat təxminən 07:40 radələrində Quba rayon Nügədi kəndindən Quba şəhər istiqamətində etibarnamə ilə idarə etdiyi “CHAQLİN SLG 6660CGE” avtobus markalı dövlət qeydiyatı **-BF-*** olan avtomaşınıla hərəkət etdiyi zaman onu yolun kənarında dayanan DYPX-nin inspektoru saxla işarəsi verərək saxlatdırmışdı, o həmən an maşını saxlayıb maşından düşərək polisin yanına gedib. Polis əməkdaşı yoxlanış etdirməyini bildirib və ona deyib ki, sərxoşsan ya yox, o sərxoş olmadığını və içki içməmədiyinii bildirsə də polis əməkdaşı onun dediyinə məhəl qoymayaraq əlindəki alkotestlə yoxlamış, lakin nəticə barəsində ona heçnə təqdim etmədən onu bir başa DYPX-nin dayanacağına gətirib. O nə qədər sərxoş olmadığını bildirsə də Polis əməkdaşı avtomobili dayanacağa sürdürüb, avtomobilimi dayanacağda saxlatdıqdan sonra ona Polis idarəsinə getməyini demiş və özü dayanacağdan uzqlaşmışdı. O həmən vaxt Quba rayon xəstəxanasına gedib sərxoş olmamağı barədə arayış alaraq polis idarəsinə yaxınlaşıb bildirib ki, sərxoş deyil və arayışı təqdim edib. Lakin DYP idarəsindən ona bildiriblər ki, bu arayış qanuni deyil sən cərimə olunmusan. o məcbur qalaraq cərimə olunmağı barədə protokol və qərarı istəyib və ona qərarı təqdim edib yola salıblar. Həmin gün onun avtomobil də ona təhvil verilib. O polislərə bildirib ki, əgər sərxoşamsa niyə maşını yenidən qaytarırsız, ona deyiblər ki, şikayəti varsa məhkəməyə müraciət edə bilər. Onu aparan polisi axtarsa da lakin tapa bilməyib. xx.xx.2025-ci il tarixdə o sərxoş olmadığı halda və həmən gün ona DYP idarəsində cərimə yazıb yenidən maşını idarə etmək üçün verdikləri qərarla razı olmayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X7 şikayəti müdafiə edərək, bildirmişdir ki, polis onu saxladığı gün içkili olmamış, lakin ondan əvvəlki gün içki qəbul etdiyini etiraf etmişdir. Buna baxmayaraq həmin günü təxminən saat 07:30-da polis onu saxladığı vaxt alkotestrdən keçirmiş, içkili olduğu aşkar edilmişdir. O bununla razılaşmayaraq şöbəyə gətirdikdən sonra müayinə olunmaq üçün xəstəxanaya getmiş, Quba rayon Mərkəzi xəstəxanasında müayinədən keçən zaman alkaqol qəbul etmədiyi müəyyən olunmuşdur və bu barədə xx.xx.2025-ci il tarixində saat 10:15-də protokol tərtib edilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin BDYPİ-ə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 333.1-ci, 342.5-ci maddələrinə əsasən əsasən 400 (dörd yüz) manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 37 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, həmin gün saat 10:15-də X5 alkoqol sərxoşluq vəziyyətinin olmadığı və alkaqol qqəbulu əlamətləri olmadığı müəyyən edilmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəməyə təqdim edilmiş videogörüntüdə Mobil X2 içki içdiyini etiraf edir və xüsusi texniki vasitə ilə yoxlanılmasına etiraz etmir və alkoqolun miqdarını müəyyən edən yoxlanma nəticəsində müayinəsi zamanı alkoqolun miqdarı 0.46% müəyyən olunur. Habelə, məhkəmə hesab edir ki, inzibati xəta 07:30-da aşkara çıxarılsa da, X7 öz təşəbbüsü ilə 2 saat 45 dəqiqədən sonra Quba Rayon Mərkəz Xəstəxanasında müayinə olunmasını əsaslandıra bilməmişdir və həmin müddətdə alkoqolun konsentrasiyasının azalması istisna olunmur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 333.1-ci, 342.5-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 333.1-ci, 342.5-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X4 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 333.1-ci, 342.5-ci maddələrinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar