Məhkəmə qərarları › İş №3(027)-1049/2024

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1049/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1049/2024 19.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Quba rayonu, Afurca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Quba rayonu, Afurca kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Quba RPŞ-nin polis sahə rəisi, X5 tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nörməli protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, X4 xx.xx.2024-cü il tarixdə Quba rayonu, Dürahi kəndində Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində yaşadığı evin həyətində olduğu zaman Saleh adlı şəxsin həyətində həmkəndliləri Minac və Feyzulla adlı şəxslər ilə birlikdə bir neçə il bundan öncə onun tərəfindən Saleh adlı qonşusuyla çəpər əvəzi əkdiyi meyvə ağaclarını kəsdiklərini, həmin vaxtı onlara yaxınlaşaraq həmin qeyd etiyi meyvə ağaclarını kəsməmələrini xahiş etdiyini və həmin ağacların onun zəhmətinin məhsulu olduğunu deməsinə baxmayaraq, onların onun xahişini nəzərə almayaraq orada bir neçə meyvə ağacını kəsdiklərini, həmin zaman onun yanında atası İdris də olduğunu və həmin vaxtı orada heç bir söyüş və nalayiq ifadə işlətmədiyini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, qonşuluğunda yaşayan Ramin və onun atası İdris adlı şəxslərlə heç bir mübahisə və münaqişəsinin olmadığını, özünün ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, arabir istirahət məqsədilə Quba rayonu, Dürahi kəndində yerləşən evinə gəldiyini, bundan öncə qonşuları ilə sözlə mübahisəsi olsa da, lakin aralarında hər hansısa bir formada münaqişə baş vermədiyini, bir neçə gün bundan öncə həyətində iməclik və təmizlik işləri görmək məqsədilə Bakı şəhərindən kənddə yerləşən evinə gəldiyini, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində həyətində təmizlik işləri görən Minac və onun oğu Feyzulla adlı şəxslər həyətdə işlədikləri zaman qonşuluğunda yaşayan Ramin və onun atası İdris adlı şəxs səbəbsiz olaraq onları və küçədə nalayiq söyüşlərlə söyüb təhqir etdiklərini, onlara niyə belə etdiklərini bildirdiyi zaman həmin şəxslərin onu təkrar nalayiq ifadələrlə söyüb təhqir etdiklərini və onun isə cavab olaraq onlara qarşı heç bir nalayiq ifadə istifadə etmədiyini, həmin mübahisə baş verən zaman özünün ülkiyyətində olan torpaq sahəsində olan bir neçə quru meyvə ağacını kəsdirdiyini bildirmişdir. X1 barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs3 izahatında bildirmişdir ki, Ramin və İdris adlı şəxslərin onun qonşuluğunda yaşadıqlarını, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində İdris və Ramin adlı şəxslərin onu, oğlu Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 səbəbsiz yerə nalayiq ifadələrlə söyüb təhqir etdiklərini, qeyd olunan taridə və saatda onun və oğlu Feyzullanın həmin zaman Zərərçəkmiş şəxs1 məxsus Quba rayonu, Durahi kəndində yerləşən həyət evinin bağ sahəsində təmizlik və iməcik işləri gördüklərini, həmin hadisə baş verdiyi zaman orada O, oğlu Feyzulla və Zərərçəkmiş şəxs1 olduğunu və onların həmin zaman bizə qarşı nalayiq ifadədlər işlədən Ramin və İdris adlı şəxslərə qarşı heç bir nalayiq ifadə və söyüş-təhqir işlətmədiklərini, həmin vaxtı Zərərçəkmiş şəxs1 mülkiyyətində olan torpaq sahəsində yerləşən bir neçə quru meyvə ağaclarını kəsdiklərini bildirmişdir. Hazırda Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Ramin və İdris adlı şəxslər onun qonşuluğunda yaşadıqlarını, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində İdris və Ramin adlı şəxslərin onu, atası Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 səbəbsiz yerə nalayiq ifadələrlə söyüb təhqir etdiklərini, onun və atası Minac həmin zaman Zərərçəkmiş şəxs1 məxsus Quba rayonu, Durahi kəndində yerləşən həyət evinin bağ sahəsində təmizlik və iməcik işləri gördüklərini, küçədə hadisə baş verdiyi zaman orada O, atası Feyzulla və Zərərçəkmiş şəxs1 olduğunu və onların həmin zaman onlara qarşı nalayiq ifadələr işlədən Ramin və İdris adlı şəxslərə qarşı heç bir nalayiq ifadə və söyüştəhqir işlətmədiklərini, həmin vaxtı Zərərçəkmiş şəxs1 mülkiyyətində olan torpaq sahəsində yerləşən bir neçə quru meyvə ağaclarını kəsdiklərini bildirmişdir. Hazırda Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidi və protokolu tərtib edən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, iş materiallarında olan 20 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 barəsində ciayət işinin başlanılması rədd edilmiş, X2 və Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 19 dekabr 2024-cü il tarixdən, saat 16:30-dan hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar