Məhkəmə qərarları › İş №3(027)-1050/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-1050/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-1050/2025 27.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2, Quba RPŞ-nin DYP-nin inspektoru X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinin EQ31795464 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutularaq barəsində tərtib edilmiş EQ31795464 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 idarəsinin X4 tərəfindən xx.xx.2025-ci il tarixində, EQ31795464 nömrəli 80 manat məbləğində cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən o, inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsini (dayanma və ya durma qaydalarının pozulması) pozmaqda təqsirli bilinmişdir. O, bu qərarla kəskin şəkildə razı deyil və onun qanunsuz, əsassız və sübutsuz olduğuna görə ləğv edilməsini tələb edir. xx.xx.2025-ci il tarixində eyni yerdə, eyni xarakterli "pozuntu" üzrə ona analoji cərimə tətbiq edilmiş və həmin cəriməni vicdanlı vətəndaş kimi dərhal ödəmişdir. xx.xx.2025-ci il tarixində eyni yerdə, eyni vəziyyətdə və eyni səbəblə ikinci dəfə cərimə yazıldığını görəndə, məsələni araşmış və müəyyən etmişdir ki, onun dayanmağı cəmi 1-2 dəqiqəlik sərnişin düşürmək məqsədli olmuş, dairədən lazımi məsafədə saxlanılmışdır. Sistem tərəfindən eyni yerdə təkrarlanan qeydlər səhvən pozuntu kimi qiymətləndirilmişdir. xx.xx.2025 tarixində artıq icra edilmiş və ödənilmiş cərimə ilə eyni hüquqi və faktiki əsasda ikinci dəfə cərimələnmək qanunsuz təkrardır. Onun hərəkəti tam qanuni "dayanma" olmuş və inzibati xəta tərkibi daşımır. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsini müdafiə edərək bildirdi ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə Quba şəhəri, H.Əliyev prospektində olan dairəvi yolun qurtaracağında müştəri düşürmüş, pulunun qalığını verən zaman inzibati xəta qeydə alınmışdır. Taksi fəaliyyəti ilə məşğul olan hər kəs orada saxlayır. xx.xx.2025-ci il tarixində eyni yerdə, eyni xarakterli xəta üzrə ona analoji cərimə tətbiq edilmiş, o həmin cəriməni ödəmişdir. xx.xx.2025-ci il tarixində eyni yerdə, eyni vəziyyətdə və eyni səbəblə ikinci dəfə cərimə yazıldığına görə qərarı qanunsiz hesab edir. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını, EQ31795464 nömrəli xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin DYP-nin inspektoru X3 izahatında göstərmişdir ki, X2 inzibati xəta törətdiyi yer dairəvi yoldur və hərəkət sıxlığı olan yerdir. Taksilər üçün nəzərdə tutulmuş xüsuri yer olmasına baxmayaraq X5 avtomobilli dairəvi yolda saxlamışdır. X2 şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən barəsində EQ31795464 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə dayanma durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta üzrə xüsusi texniki vasitə məlumatından müəyyən olunmuşdur ki, Quba şəhəri, H.Əliyev prospektində yerləşən köhnə avtovağzal ərazisində “DAEWOO NEXİA MİNİK” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dairədə, yolun hərəkət hissəsinin ikinci cərgəsində dayanmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş EQ31795464 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı tutarlı əsas göstərilməmişdir. X2 05.11.25-ci il tarixdə “DAEWOO NEXİA MİNİK” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən dayanma durma qaydalarının tələblərinə riayət etmədiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan EQ31795464 nömrəli xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 (səksən) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4– 346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatvericigöstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən: Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası DİNnin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş EQ31795464 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş EQ31795464 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar